İDMAN
Qadınlar arasında şahmat üzrə Avropa çempionatının sonuncu turunun oyunları keçirilir
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının on birinci turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ötən turu şahmatçılarımızdan üçü - Ülviyyə Fətəliyeva (6,5 xal), Nərmin Söyünlü (5 xal), Fidan Ağasıyeva (4,5 xal) qələbə ilə başa vurublar. Günay Məmmədzadə (6,5 xal), Xanım Balacayeva (6 xal), Gülnar Məmmədova (5 xal) heç-heçə ediblər. Türkan Məmmədyarova (6 xal), Xəyalə Abdulla (5 xal), Zeynəb Məmmədyarova (4,5 xal), Gövhər Beydullayeva (4,5 xal) isə məğlub olublar.
On turdan sonra 8 xal toplayan ukraynalı şahmatçı İnna Qaponenko ilk pillədədir.
On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]