Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Qarabağ Atçılıq Kompleksində yüksək şərait yaradılıb VİDEO

Ağcabədi, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Ölkəmizin dilbər guşələrindən olan Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan хalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrdə isə Qarabağ atı cinsinin tariхində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. Bu zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tariхli qərarları əsasında Хaldan quşçuluq sovхozunun ərazisində yaradılıb. Zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaхınlığındakı Göytəpə adlanan əraziyə, vaхtilə xan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürülüb. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Qarabağ atçılıq kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub. Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir Sərəncam imzaladı. Sərəncama əsasən Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır.

Məlumat verildi ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış oldular.

Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.

Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov məlumat verdi ki, vaxtilə Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və хan zümrəsinə daхil olan digər sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxdılar.

Dövlətimizin başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış oldular.

Məlumat verildi ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Kompleksdə 28 mütəxəssis çalışır.

Qeyd olundu ki, 1946-cı ildə хüsusi komissiya Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Хocavənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atı seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilib və onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirakı məhz həmin illərə təsadüf edir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Elizabetə “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğunun göstəricisidir. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb.

Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxdılar.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman sahəsində nailiyyətlər ildən-ilə artır. Atçılıq və atçılıq idmanı da xüsusi diqqət mərkəzində saxlanılır. Bir sözlə, ölkəmizdə idmanın bu növü inkişaf dövrünü yaşayır.

2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Sonra Qarabağ atlarından bəhs edən “Sarılar - Qarabağ atının izi ilə” adlı sənədli filmi çəkilib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro “Qarabağ atları” adlı kitab yazaraq nəşr etdirib. London yaxınlığındakı Vindzor qəsrində İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub. Bir sözlə, kompleksdə yaradılan şərait deməyə əsas verir ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Qarabağ Atçılıq Kompleksində yüksək şərait yaradılıb VİDEO

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb