İQTİSADİYYAT
Qarsdan yola çıxan yük qatarı türkdilli ölkələrə zəruri dərman və tibbi ləvazimat çatdıracaq
Ankara, 18 aprel, AZƏRTAC
Türkiyə istehsalı olan məhsullardan ibarət 82 konteynerlik yük qatarı Qars-Tbilisi-Bakı xətti ilə yola düşüb.
AZƏRTAC Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə nazir Adil Karaismailoğlu deyib. Yazılı açıqlamada bildirilir ki, Qarsdan yola çıxan 940 metr uzunluğundakı qatar yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə üzrə görülən tədbirlər çərçivəsində yola hazırlanıb. Qatar İzmir, Adana, Mersin, Kocaeli və Kütahyada istehsal olunan dərman və tibbi ləvazimatları Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistana çatdıracaq. Qatarın mənzil başına 9 günə çatacağı nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]