Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qərara alır:

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 563; 2004-cü il, №7, maddə 505; 2007-ci il, №5, maddə 442; 2009-cu il, №10, maddə 768; 2010-cu il, №5, maddə 374) 13-cü maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İstehlakçılara qazın verilməsi üçün qazpaylayıcı şəbəkəyə qoşulmanın texniki şərtlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin