Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qazax rayonunda bir çox layihələrin reallaşdırılması sosial-iqtisadi inkişafın sürətlənməsinə səbəb olub - Reportaj

Qazax, 9 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda səfərdə olub, bir sıra obyektlərin açılışında iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri bununla əlaqədar həmin obyektlərdən reportaj hazırlayıb.

XXX

Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb.

ADA Universiteti Qazax Mərkəzinə yeni dərs ilindən üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.

Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü qeyd edib ki, seminariyanın tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.

“1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub”, - deyə Yeganə Göyüşlü bildirib.

XXX

“Qazax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Rayon sakini Bəsti Ələkbərova ölkəmizin hər yerində aparılan abadlıq-quruculuq işlərinin genişlənən miqyasından məmnunluq duyduğunu ifadə edib. “Qazax rayonunda su təchizatı və kanalizasiya sisteminin yenidən quruldu. Rayonumuz getdikcə Avropa şəhərlərinə oxşayır. Bu gün respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər diqqətəlayiqdir. Rayonda içməli suya ehtiyac aradan qaldırılıb. Günün 24 saatı içməli su ilə təmin olunmuşuq”,- deyə rayon sakini bildirib.

Su mənbəyindən Qazax şəhərinə 8,9 kilometr uzunluğunda magistral su kəməri inşa olunub. 8 nömrəli regional su kanal idarəsinin istehsalat şöbəsinin rəisi Çingiz Hüseynov bildirib ki, Qazax şəhəri ərazisində 1970-ci ildə qurulmuş köhnə su və kanalizasiya şəbəkəsi vasitəsilə 4200 abunəçiyə xidmət göstərilib. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb və 7,8 kilometr uzunluğunda artezianlararası su xətti çəkilib. Şəhər yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı tikilib”, - deyə Çingiz Hüseynov əlavə edib.

XXX

“Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan “Venzana” mebel fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub. İstehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrik il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir. Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra “Saloğlu” fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq. Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturacaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur. Layihənin əsas hədəfi bu fabrikin, eləcə də ölkəmizdəki digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsidir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

Qeyd edək ki, bu cür istehsal müəssisələrinin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Bu həm də daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.

XXX

Qazax rayonunda uzunluğu 19 kilometr ola Qarapapaq-Çaylı avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihə çərçivəsində yol boyunca torpaq, qazma işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə yeni su ötürücü boruların tikintisi işləri yerinə yetirilib. Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri və məsafə göstəriciləri, dayanacaqlar quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib. Sakinlər artıq rahatlıqla bu yoldan istifadə edirlər. Çaylı kənd sakini Qəzənfər Qocayev bildirib ki, 8 min əhalisi olan kənd diqqət və qayğı ilə əhatə olunub. “Bu yol bizim kəndimizə, əhalimizə diqqət və qayğının nümunəsidir. Bütün sahələrdə biz inkişafı, dirçəlişi görürük. Bu yol bir neçə kəndi birləşdirir. İnsanların gediş-gəlişini yol çox asanlaşdırıb”, - deyə Q.Qocayev bildirib.

XXX

Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin edilməkdədir. Yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir. “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 1-b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb.

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Dövlət Universitetində “Könüllülük həftəsi” keçirilir

Azərbaycan və Tacikistan şirkətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konserti keçiriləcək

Mikrobioloq alimlərin məqaləsi “Scopus”da indekslənən jurnalda dərc olunub

Bu il BMU-da keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub

Türkiyə dünyanın 117 ölkəsinə toxum ixrac edir

Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar

Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İbn Haldun Universiteti ilə əməkdaşlığı genişləndirir

Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq

İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib

Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər

Qarabağ və Dilboz atlarının genom analizi aparılacaq

Gürcüstan parlamentinin sədri avropalı deputatları sərt tənqid edib

“ANİMAFİLM Lənkəranda” festivalı yekunlaşıb

Kata üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Stella Assanj Ali Məhkəmənin önündə açıqlama verib

Belqrad Universitetində Azərbaycanın Müstəqillik Günü ilə bağlı konfrans olub

Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Latviya Seyminin sədri: Regionda Azərbaycanın sülh səylərini yüksək qiymətləndiririk

Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır

Rusiya Prezidenti Seyid İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

“Bayraktar AKINCI”nın İrandakı axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanın 3 güləşçisi Bakıda keçirilən Avropa çempionatının yarımfinalında

Naxçıvan məhsulları “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxış əldə edəcək

Müdafiə Nazirliyi: Artilleriya bölmələrinin döyüşatışlı taktiki təlimi başa çatıb VİDEO

ANAMA: Ötən həftə 16 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Yunis Hüseynov avrokuboklara vəsiqə şansı yüksək olan klubların adlarını açıqlayıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycan fudokançıları Avropa çempionatında uğurla çıxış ediblər

Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfransları davam edir

Dövlət və hökumət başçılarının ölümü ilə nəticələnmiş helikopter və təyyarə qəzaları

Milli Kitabxanada növbəti treninq

BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb

Beynəlxalq Çövkən Federasiyasının ikinci Assambleyasının tarixi bəlli olub

Ekoloji tarazlığın qorunmasında müstəsna əhəmiyyətə malik kiçik varlıqlar...

“Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - respublika elmi konfransı

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – REPORTAJ

Qazaxıstanın xarici işlər naziri: Çinlə münasibətlər regionda sülhü və sabitliyi gücləndirir

Bəhruz Nəbiyev: Əsas hədəfimiz Los-Anceles Olimpiadasına lisenziya qazanmaqdır

Nazir: Cari ildə Tacikistanın Orta Dəhlizlə yükdaşımasının həcmi 86 faiz artıb

Ədəbiyyat Muzeyi gün ərzində 1500-ə yaxın ziyarətçini qəbul edib

Tacikistan Azərbaycana dağ-mədən sahəsində əməkdaşlıq təklif edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AzMİU ilə əməkdaşlıq edəcək

Çin lideri Si Cinpin İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib

DSMF və Bolqarıstanın müvafiq qurumu pensiya təminatı ilə bağlı məlumat mübadiləsi aparacaq

“Milli” statusu daşımaq həm qürur hissidir, həm də böyük məsuliyyət

Azərbaycanda ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkü atılıb

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bəzi küçələrdə parklanma yerləri ləğv olunur

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK

Baş katib: Peşəkar liqanın keçirilməsi Azərbaycanda çövkənin inkişafına töhfə verəcək

Sumqayıtda 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb

® Türkiyənin Başkent Universitetinin qurucusu Mehmet Haberal Mərkəzi Gömrük Hospitalını ziyarət edib

KOBİA: Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti uzadılıb

Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunda altı medal qazanıblar

İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək

Türkiyə Prezidenti: Bu çətin və kədərli günlərdə də qonşumuz İranın yanındayıq

Dövlət Xidməti: 156 dövlət müəssisəsində metroloji tələblərin pozulması aşkarlanıb

Mayın 21-də havanın dəyişkən buludlu olacağı, rayonlarda yağış yağacağı gözlənilir

ƏƏSMN-in e-xidmətlərinə yanvar-aprel aylarında 1 milyon 45 min müraciət qeydə alınıb

Rektor: TÜRKÜNİB-in maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Son üç ildə Azərbaycanda 243 dövlət standartı qəbul edilib

Coğrafiyaçı alim UNEC-də keçirilən dəyirmi masada COP-29-dan danışıb

Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb ŞƏRH

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası işə başlayıb YENİLƏNİB

Hər kəs Assanjla bağlı qərarı gözləyir - London Ali Məhkəməsinin önündən FOTOREPORTAJ VİDEO

Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

Daha bir yolayrıcında sıxlıq azalıb və hərəkət intensivliyi artıb

İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək

Çin ABŞ-ın bir neçə şirkətini “qara siyahı”ya salıb

Ağsu dolaylarındakı sürüşmə zonasına ağır texnika və canlı qüvvə cəlb olunub

Mütəxəssis: Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir

Dünya çempionu: Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir

UNEC Orhun Mübadilə Proqramı çərçivəsində bir sıra türk universitetləri ilə əməkdaşlıq edir

Məmməd Abbasbəyli: Metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir

İran Prezidentinin ölümü ilə bağlı Pakistanda matəm elan edilib

Şamaxıda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”

NBA-da sonuncu yarımfinalçı müəyyənləşib

Nazir müavini: Türkiyə-Azərbaycan Universitetinə Bakıda üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Bərdə rayonunda Hərbi Prokurorluq və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları birgə tədbir keçirib

Suriyadan repatriasiya olunanların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib

“XIX-XX əsr Güney Azərbaycan el şairləri” antologiyası çapdan çıxıb

“Avrora Qrup” “Açıq qapı” elan edir

Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub