ELM VƏ TƏHSİL
QAZAXISTANDA MİLLİ PEYK RABİTƏ SİSTEMİ YARADILACAQ
Qazaxıstan hökuməti yeni investisiya layihəsini müzakirə etmiş, ölkədə KAZCAT milli peyk rabitə sisteminin yaradılması imkanlarını araşdırmışdır. Baş nazir Danial Əhmədov bildirmişdir ki, layihəyə böyük diqqət yetirilir və bir neçə alternativ variant var.
Yığıncaqda “Qazaxıstan İnjinirinq” milli şirkəti və Rusiyanın QazKOM-u ilə birgə hazırlanmış layihənin təqdimatı olmuşdur. Layihədə Qazaxıstanın kosmik peykinin buraxılması və uçuşu idarəetmə mərkəzinin yaradılması nəzərdə tutulur. Müəlliflərin fikrincə, bu, milli telekommunikasiya strukturunun və peyk rabitəsinin inkişafında mühüm addım olacaq, ölkənin informasiya təhlükəsizliyini təmin edə biləcəkdir.
Baş nazir demişdir ki, Qazaxıstan tərəfinin daha çox iştirak edəcəyi layihəyə üstünlük veriləcəkdir.