Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

QƏBƏLƏ MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

QƏBƏLƏ MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Əziz qəbələlilər,

Əziz dostlar.

Bu gün Qəbələ rayonunun həyatında çox əlamətdar bir gündür, gözəl bir gündür. Bu gün Qəbələdə yeni, gözəl Müalicə-Diaqnostika Mərkəzi açılır. Bu gözəl hadisə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin tikintisi Azərbaycanda aparılan sosial siyasətin nəticəsidir. Bu kompleksdə ən qabaqcıl texnologiyalar tətbiq olunur. Ən müasir avadanlıqlar və müayinədən keçmək, müalicə almaq üçün bütün şərait var. Mən çox şadam ki, Azərbaycanda belə gözəl komplekslərin, mərkəzlərin sayı getdikcə artır. Ölkəmizin müxtəlif bölgələrində ən müasir tibb ocaqları yaradılır. Bunlar həm Səhiyyə Nazirliyinin xətti ilə, həm də Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilir. Beləliklə, qısa müddət ərzində Azərbaycanda səhiyyə problemlərinin həlli üçün yeni müasir infrastruktur yaradılır. Deyə bilərəm ki, belə mərkəzlərin işə düşməsi təsadüfi deyildir. Çünki Azərbaycanda son illər ərzində sosial siyasət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, sağlamlığının möhkəmləndirilməsi işində məqsədyönlü tədbirlər görülür, dövlət proqramları icra olunur. Bu məqsədlərə dövlət xərcləri ildən-ilə artır.

Əlbəttə, sosial siyasətin güclü olması hər bir ölkənin iqtisadi imkanlarından asılıdır. Bizim bu gün imkanlarımız var. Azərbaycan zəngin dövlətə çevrilir. Azərbaycanda büdcə xərcləri artır, son 5 il ərzində bizim büdcəmiz 10 dəfədən çox artıbdır. Bunun hesabına gözəl binalar, tibb mərkəzləri, olimpiya kompleksləri, müəssisələr tikilir, yollar abadlaşır. Azərbaycanın bütün bölgələrində bunu görürük.

Bir daha demək istəyirəm ki, bu kompleksdə, bu mərkəzdə gözəl tibbi xidmət almaq üçün bütün imkanlar var, həkimlər də artıq hazırlanır. Əlbəttə, müasir avadanlıqlarla işləmək böyük peşəkarlıq tələb edir. Yəni biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Həm gözəl avadanlıq alınır, şərait yaradılır, həm də ki, həkimlərin səviyyəsinin qaldırılması üçün lazımi tədbirlər görülür. Bir müddət bundan əvvəl başlanan bu ənənə bu gün də davam edir. Azərbaycanın bütün bölgələrində belə mərkəzlər tikilir, gələcək illərdə isə əminəm ki, hər bir rayonda müasir tibb müəssisələri yaradılmalıdır. Köhnə xəstəxanalar təmir olunur, yeniləri tikilir. Beləliklə, Azərbaycanda səhiyyə sahəsində yaranmış problemlər tezliklə həll olunacaqdır. Bütün başqa sahələrdə də.

Siz Qəbələ rayonunun sakinləri çox yaxşı görürsünüz ki, Qəbələ son illər ərzində necə inkişaf edir. Burada sənaye potensialı, yeni müəssisələr yaradılır. Bunlar həm daxili tələbatı ödəyür, həm də ki, onların ixrac qabiliyyəti çox yüksəkdir.

Xüsusilə Azərbaycanın müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının emalı müəssisələri yaradılır. Bunları sahibkarlar edirlər, bir hissəsi isə Azərbaycan dövlətinin sahibkarlara etdiyi yardımlar hesabına yaradılır. Azərbaycan dövləti hər il yerli sahibkarlara 100 milyon dollar səviyyəsində güzəştli kreditlər verir. Bu kreditlər hesabına çox böyük işlər görülür, o cümlədən Qəbələ rayonunda və bütün başqa yerlərdə. Nəzərə alsaq ki, artıq bu proqram 4-5 ildir icra olunur və hər il böyük məbləğdə kreditlər ayrılır, əlbəttə ki, biz bunun nəticələrini görürük və gələcək illərdə də görəcəyik. Yəni həm sənaye müəssisələrinin tikilməsi, həm də səhiyyə ocaqlarının, idman qurğularının, məktəblərin tikilməsi - bütün bu vacib məsələlər hər bir rayonun inkişafını müəyyən edir. Azərbaycan iqtisadiyyatı çox sürətlə artır, bizim iqtisadi imkanlarımız genişlənir. Maliyyə imkanlarımız da genişlənir və ilk növbədə, biz səylərimizi, insanları narahat edən problemlərə yönəldirik. Əsas infrastruktur layihələrimiz, demək olar ki, başa çatmaq üzrədir. Azərbaycanda çox güclü infrastruktur layihələri icra olunur və insanların normal həyatını, yaxşı həyatını təmin etmək üçün bütün proqramlar yerinə yetirilir: kənd təsərrüfatı, sənaye, sosial məsələlərin həlli. Mən əminəm ki, 2009-cu ildə Azərbaycanın dövlət büdcəsinin həcmi daha da böyük olacaqdır. İndi artıq biz investisiya məsələlərinə ildə 5 milyard dollar xərcləyirik və bu vəsait bütün ölkədə gedən proseslərə müsbət təsir göstərir. Həm dövlət xərcləri, həm gözəl investisiya mühiti, sahibkarların dəstəklənməsi - bütün bu amillər bir-birini tamamlayır. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyətin olması, sabitliyin möhkəm olması həm yerli sahibkarlara əlavə ruh verir, həm də xarici iş adamlarını Azərbaycana cəlb edir. Ölkəmizin bütün bölgələrində gedən inkişaf bizim uğurumuzun ən başlıca təzahürüdür. Əgər belə olmasaydı, ölkə hərtərəfli inkişaf edə bilməzdi.

Bildiyiniz kimi, 2004-cü ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurlu icrası nəticəsində biz bu inkişafa nail ola bilmişik. Onu da demək istəyirəm ki, 2004-ci ildə qəbul edilmiş proqrama, sonrakı illərdə, 2005-ci ildə, 2006-cı ildə, 2007-ci ildə əlavələr olunmuşdur. O proqramın xaricində çoxlu işlər görülübdür. Hesab edirəm ki, növbəti 5 illik proqram bütün qalan, həll olunmamış məsələləri əhatə etməlidir. Hər bir rayonun xüsusi proqramları var və növbəti 5 il üçün hazırlanır. O proqramlarda hər bir rayonun, rayondakı hər bir kəndin problemləri öz həllini tapacaqdır.

Biz gələcəyə çox nikbinliklə baxırıq. Azərbaycan həm siyasi baxımdan çox möhkəm ölkədir və bu bölgədə sabitləşdirici funksiyanı icra edir, həm də iqtisadi inkişaf baxımından ölkəmiz son dörd il ərzində nəinki bölgədə, dünyada birinci yerdədir. Sosial məsələlər öz həllini tapır. Çünki bazar iqtisadiyyatı şəratində yaşayan ölkələrdə bəzi hallarda sosial ədalətsizlik də artır.

Biz bazar iqtisadiyyatının mənfi cəhətlərinin qarşısının alınması üçün çox güclü sosial siyasət aparırıq. Bunu biz bax bu Müalicə-Diaqnostika Mərkəzinin timsalında görürük. Biz bunu insanların əmək haqlarının, pensiyaların artırılmasında görürük. Çünki insanlar sosial cəhətdən müdafiə olunmalıdır. Azərbaycanda 500 mindən çox insan, ən kasıb şəraitdə yaşayan insanlar hər ay dövlətdən sosial müavinət alır. Azərbaycanda kasıblığın, yəni yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşübdür. Əminəm ki, 2008-ci ilin yekunlarına görə yoxsulluğun səviyyəsi daha da aşağı düşəcəkdir. Qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır. Azərbaycanda işləmək istəyən hər bir insan işlə təmin olunmalıdır. Bu məsələlər həll olunduqda, demək olar ki, bizim əsas sosial problemlər həll edilmiş olur və növbəti illərdə, sadəcə, biz daha sürətlə inkişaf edəcəyik.

Bizim inkişafımız üçün bütün imkanlar var. İlk növbədə, hər bir sahə üzrə çox ciddi dövlət proqramları var. Digər tərəfdən, xalqla iqtidar arasında vəhdət var və bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Azərbaycan təbii ehtiyatlarla çox zəngin olan ölkədir və biz bu ehtiyatlardan çox səmərəli şəkildə istifadə edirik. Bunu həm Azərbaycan əhalisi bilir, həm də dünyada olan ən qabaqcıl beynəlxalq maliyyə qurumları, beynəlxalq təşkilatlar Azərbaycanın bu istiqamətdəki fəaliyyətini böyük təqdirlə qarşılayırlar. Azərbaycanda çox istedadlı insanlar yaşayır. Azərbaycanın çox gözəl coğrafi mövqeyi vardır və biz bundan uğurla istifadə edirik. Bölgədəki bütün qonşularımızla çox yaxşı, qarşılıqlı hörmət əsasında yaranmış münasibətlərimiz vardır. Azərbaycanın dünya miqyasında önəmi də, hörməti də artır. Hamı bilir ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bunu Azərbaycan xalqı da bilir, bütün dünya ictimaiyyəti də bilir. Azərbaycan dünya miqyasında özünə layiq olan yerini tutub və bu yeri möhkəmləndirir.

O ki, qaldı bölgə məsələlərinə, bizim iştirakımız olmadan heç bir təşəbbüs həll edilə bilməz, heç bir iqtisadi, yaxud da ki, siyasi layihə icra oluna bilməz. Biz nəinki bölgədə icra olunan bütün layihələrin iştirakçısıyıq, onların bəzilərinin, bir çoxunun təşəbbüskarıyıq. Bizimlə əməkdaşlıq etmək istəyən, bizimlə daha yaxşı münasibətlər qurmaq istəyən ölkələrin sayı artmaqdadır.

Beləliklə, çox güclü sosial siyasət, daxili vəziyyətin sabit olması, güclü iqtisadiyyat, liberal islahatlar, - istər siyasi, istərsə də iqtisadi islahatlar, - çevik xarici siyasət və bölgələrin inkişafı hesabına biz ölkəmizi inkişaf etdiririk və növbəti illərdə bu inkişaf davam edəcəkdir.

Qəbələ rayonunun timsalında biz son illər ərzində bütün Azərbaycanda əldə edilmiş müsbət nəticələri görürük. Burada həm quruculuq işləri gedir, abadlıq işləri, yeni müəssisələr tikilir, şəhər gözəlləşir, həm də Qəbələnin çox gözəl təbiəti var. Bu təbiətdən çox səmərəli istifadə olunur. Mən bu gün yeni yaradılmış mehmanxana-turizm kompleksinə də baş çəkəcəyəm. Bilirəm ki, bunlar da yüksək səviyyədə yaradılır. Xəbərim var ki, Bakıdan, ölkəmizin digər bölgələrindən istirahət etmək üçün Qəbələyə gələn insanların sayı artır. Əminəm ki, qarşıdakı illərdə xaricdən də gələcəklər. Bütün infrastruktur var. Bakı-Qəbələ avtomobil yolu yeniləşib, genişləndirilibdir. Zaqatala aeroportu artıq hazırdır. Digər vasitələrdən də istifadə edib, Qəbələ Azərbaycanın ən gözəl turizm mərkəzlərindən birinə çevriləcəkdir.

Mən bu gözəl gündə bütün qəbələlilərə öz hörmət-məhəbbətimi ifadə etmək istəyirəm. Arzu edirəm ki, rayonda gedən proseslər bundan sonra da belə templərlə davam etsin və burada insanlar yaxşı yaşasınlar, rahat yaşasınlar. Qəbələ rayonu Azərbaycanın bütün digər rayonları ilə bərabər inkişafa doğru getsin. Bu gözəl mərkəzin açılışı münasibətilə bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.

Sağ olun!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün dünyaşöhrətli bəstəkar Qara Qarayevin anım günüdür

Yunanıstan çempionu olan azərbaycanlı futbolçu: Daha böyük klublarda oynamaq istəyirəm – MÜSAHİBƏ

Bəhreyn qəzetində Ulu Öndərə həsr olunmuş məqalə dərc edilib

Cəlilabadda çiyələyin qiyməti ucuzlaşıb

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıb

Soğan istehsalçıları ilə görüşdə xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumat verilib

BMT: Sudanda yenidən başlayan qarşıdurma nəticəsində 27 nəfər ölüb

Emin Əmrullayev: Türkiyə-Azərbaycan Universitetinin binasının yeri ilə bağlı tam işlər bitib

Nazir: Qarabağ Universitetində təhsil ödənişsiz olacaq

Hande Harmancı: İİV-lə yaşayan insanlara uzun və sağlam həyat sürməyə imkan yaradılması mümkündür

“Qadınlar və yollar. Özünə gedən yol” layihəsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilir

BDU ilə Pakistanın Elm və Texnologiya Milli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

QHT nümayəndələri üçün “İqlim dəyişmələri və COP” mövzusunda təlim keçirilir

“AzerGold”un növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

DİN: Son iki gündə 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Səudiyyə qəzeti Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsindən yazıb

Premyer Liqa: “Neftçi” nadir göstəriciyə, “Qarabağ” tarixi rekorda imza atıb

İndoneziyada daşqın və lava axını səbəbindən ölənlərin sayı 41-ə çatıb

Azərbaycan ilə Qazaxıstan arasında ali təhsil sənədlərinin tanınması prosedurları sadələşdirilir

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib YENİLƏNƏCƏK

AMEA prezidenti: Daşaltıda seysmoloji stansiyanın qurulması işləri başa çatmaq üzrədir

AFFA İcraiyyə Komitəsi bu gün vacib məsələləri müzakirə edəcək

Gürcüstan DİN mitinqin iştirakçılarına müraciət edib

Deputat: Yeni qanun layihəsi Azərbaycanla Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığı dərinləşdirəcək

Elm və təhsil naziri: PISA təhsil siyasətinin ölçülməsi üçün imkanlar yaradır

Azərbaycan və Qazaxıstan tələbə mübadiləsi həyata keçirəcək

Azərbaycan və Qazaxıstan arasındakı təhsil sahəsi üzrə sazişə dəyişiklik edilir

Dünya birjalarında neft ucuzlaşıb

COP29-un baş danışıqçısı: Azərbaycan bu tədbirə ev sahibliyi etməkdən qürur duyur

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verildi

Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

Region Liqasının fınalında “Şimal” futbol klubu “Hypers”lə qarşılaşacaq

Qəzaya görə Yasamal rayonunda sıxlıq yaranıb

PISA üzrə II ICESCO Nazirlər Konfransı işə başlayıb

Braziliyada daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

ABŞ dövlət katibi İsrailin müdafiə naziri ilə telefonla danışıb

Gələcəyin əsas meqapolisləri məlum olub

Rusiyada güclü zəlzələ baş verib

Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Rusiyanın Avropa hissəsində mayın əvvəli tarixin ən soyuq dövrü olub

ABŞ-da ziyafət zamanı atışma nəticəsində 3 nəfər ölüb

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Tikintiyə yaramayan səhra qumu

Leyləklərin miqrasiyasının azalmasının səbəbi məlum olub

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Yelkən Federasiyanın vitse-prezidenti: Növbəti hədəf “Los Anceles-2028” Yay Olimpiya Oyunlarıdır

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

İrakli Kobaxidze: Gürcüstanda polisə qarşı zorakılıq etmək istəyənlər var

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub