REGİONLAR
Qəbələdə şəhid Mikayıl Mikayıllının xatirəsi anılıb
Qəbələ, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də rayonun Mıxlıqovaq kəndindən olan Mikayıl Mikayıllıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar sentyabrın 24-də Qəbələ Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ rayon şöbəsinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Mikayıl Mikayıllının məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 27-ci ilində əbədiyyətə qovuşan Mikayıl Mikayıllının keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb.
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.