İQTİSADİYYAT
QRANT AYIRMAQ ÜÇÜN LAYİHƏLƏR BƏYƏNİLMİŞDİR
Özəl sahibkarlığın və vətəndaş cəmiyyətinin inkişafı sahəsində layihələrin cari ilin yanvar ayından başlanmış müzakirələrinin yekunlarına əsasən, Avrasiya Fondu onların üst-üstə dördünə 153646 dollar məbləğində qrantlar ayırmaq barədə qərar qəbul etmişdir.
Fondun Azərbaycan ofisinin məlumatına görə, ən iri qrant - 50 min dollar “yeyinti məhsulların təhlükəsizlik və radiasiya baxımından testləşdirmə laboratoriyasının yaradılması” layihəsinin həyata keçirilməsi üçün ayrılmışdır. Bu layihə Azad İstehlakçılar İttifaqı tərəfindən təqdim olunmuşdur.
Bundan Azərbaycan Layihələri İdarəetmə Assosiasiyası, Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzi, habelə “Simurğ” Mədəniyyət Assosiasiyası da qrant alacaqlar.
Xatırladaq ki, əsasən, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Avrasiya Fondu 1993-cü ildən başlayaraq keçmiş Sovet İttifaqının 12 ölkəsinə təxminən 116 milyon dollar məbləğində 5800 qrant ayırmışdır. Azərbaycan sahibkarları və ayrı-ayrı cəmiyyətlər 1994-cü ildən indiyədək 3 milyon dollar məbləğində qrant almışlar.