REGİONLAR
Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb
Quba, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 18-də Qubada yeniyetmə və gənclərin iştirakı ilə keçirilən qaçış marafonunun qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Quba - İdman Paytaxtı 2024” çərçivəsində təşkil olunan “Novruz qaçışı” adlı marafonda 100-ə yaxın iştirakçı yarışıb.
Marafon iştirakçıları Quba-Alpan yolunda iki kilometrlik məsafədə qalib adı uğrunda mübarizə aparıblar.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Quba Rayon İcra Hakimiyyəti tərəfindən birgə keçirilən marafonda Quba, Qusar, Xaçmaz, Şabran və siyəzənli idmançılar təmsil olunub.
Yarışın qalibləri medal, sertifikat və hədiyyələrlə mükafatlandırılıb.