Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Qüds məsələsində Türkiyə ilə Rusiyanın mövqeləri oxşardır

Qüds məsələsində Türkiyə ilə Rusiyanın mövqeləri oxşardır

İstanbul, 12 dekabr, AZƏRTAC 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə sənəd imzalaması dünyanın siyasi nizamına əhəmiyyətli dərəcədə təsir göstərib. ABŞ-ın bu qərarı dünya birliyinin sərt qınağı ilə nəticələnib. Belə demək olar ki, hazırkı proseslər ABŞ ilə dünya birliyi arasında qarşıdurma yaratmaqdadır.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dekabrın 11-də Türkiyəyə səfəri də ABŞ-ın Qüds qərarı ilə bağlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını Qüdslə bağlı yaranmış vəziyyəti müzakirə etmək üçün öz ölkəsinə dəvət edib. Bununla bərabər, Ankarada bir araya gələn prezidentlər iki ölkə arasında bir sıra digər məsələləri də müzakirə ediblər. Bu barədə az sonra davam edəcəyik. İndi isə ABŞ-ın Qüds barədə məlum qərarından sonra baş verən proseslər barədə fikir və mülahizələrimizi bölüşək. Hadisələrin gedişatı göstərir ki, hələlik Qüds barədə məlum qərarı ABŞ və İsraildən başqa dəstəkləyən dövlət yoxdur. Bu halda haqlı olaraq belə bir sual ortaya çıxır: ABŞ Qüds barədə qərar qəbul edərkən dünya birliyinin hansı reaksiya verəcəyini nəzərə almamışdırmı? İnanılası deyil. Hazırda özünü fövqəldövlət hesab edən ABŞ-ın bütün dünya üçün xüsusi əhəmiyyət daşıyan bir məsələ barədə qərar qəbul edərkən baş verə biləcək fəsadları nəzərə almaması inandırıcı görünmür. Prezident Donald Tramp bu qərarı verərkən “Mən verdiyim sözü yerinə yetirdim” ifadəsini işlədib. Deməli, bu, ABŞ dövlət başçısının prezident seçkilərində ona göstərilən yardımların müqabilində götürdüyü öhdəliyin yerinə yetirilməsi kimi də başa düşülə bilər. Lakin Amerika Birləşmiş Ştatlarının xarici siyasətindəki davamlılığı nəzərə alaraq qeyd edə bilərik ki, ABŞ bu qərarı ilə dünya siyasətinə təsir edən güclər üçün yeni bir müzakirə mövzusu ortaya çıxarmaqla öz böyük məqsədlərinə çatmaq niyyətindədir. Göründüyü kimi, hazırda liderlər arasında müzakirə mövzusu Qüdsdür. Bu qərardan sonra ayır-ayrı ölkələrdə, hətta Avropada da ABŞ-ın Qüds qərarına qarşı nümayişlər keçirilməkdədir. Təbii ki, baş verənlər, ilk növbədə, ABŞ-ın imicinə zərbə vurmuşdur. Qeyd etmək lazımdır ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ərəb dünyasında da sərt reaksiyaya səbəb olub. Fələstinlilər və israillilər arasında toqquşmalar başlayıb və üsyana çağırışlar edilib. İordan çayının qərb sahilində və Qəzza sektorunda baş verən toqquşmalar nəticəsində 100-dən çox fələstinli yaralanıb. Mahmud Abbasın liderlik etdiyi FƏTH hərəkatının yüksəkvəzifəli üzvlərindən biri olan Cəbrayıl Racub ABŞ-ın vitse-prezidentinin Fələstin administrasiyasının başçısı ilə görüşünün dekabr ayında baş tutmayacağını bildirib. Mahmud Abbasın özü isə bu barədə şərh verməkdən yayınsa da, Trampın Qüds barədə qərarının ABŞ-ın Yaxın Şərqdə sülh prosesindən uzaqlaşdığı mənasına gəldiyini deyib. Bəzi mənbələrdə bildirilir ki, Fələstin tərəfi sülh danışıqlarında ABŞ-ın vasitəçilik missiyasından imtina edib.

İndi isə Prezident Vladimir Putinin Türkiyəyə səfərinə nəzər yetirək. Rəsmi məlumata görə, Türkiyə və Rusiya prezidentləri Qüds böhranı, hərbi sahədə əməkdaşlıq, o cümlədən S-400 raket əleyhinə müdafiə kompleksi, Suriya müharibəsinin vəziyyəti, eləcə də regional proseslərə dair müzakirələr aparıblar. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında tərəflər müzakirə olunan məsələlər barədə ümumi məlumat veriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Rusiya ilə Türkiyə arasında əməkdaşlıq hər keçən gün daha da güclənir. Siyasi səviyyədə ahəngdar iş şəraitimiz var". Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib: “Qüdsün statusu İsrail ilə Fələstin arasında birbaşa danışıqlar yolu ilə həll oluna bilər”.

Qeyd etdiyimiz bu iki sitat deməyə əsas verir ki, ABŞ-ın Qüds barədə qərarı Rusiya və Türkiyə arasında əməkdaşlığa zərər vurmayıb, əksinə, bu qərar tərəfləri daha da yaxınlaşdırıb. Digər tərəfdən, müşahidə olunur ki, Rusiya və Türkiyə ikitərəfli əməkdaşlıq formatını bir az da genişləndirmək niyyətindədirlər.

Bəzi ekspertlər hesab edirlər ki, Amerika Birləşmiş Ştatları Prezidentinin Qüds barədə qərarı ABŞ-ın hərbi sənaye kompleksində canlanma yaradacaq. Belə ki, uzun illərdən bəri səngimək bilməyən Yaxın Şərq böhranının daha da dərinləşməsi region dövlətlərini silahlanmanı daha sürətlə davam etdirməyə vadar edəcək. Bu isə silah ixracatçısı olan bütün tərəflərin maraqlarını təmin edir. Qarşıdan isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısı gəlir. Dekabrın 13-də İstanbulda keçirilməsi nəzərdə tutulan bu Zirvədə müsəlman ölkələrinin Qüdslə bağlı mövqeləri açıqlanacaq. İstənilən halda, ABŞ-ın Qüds qərarı tarixə dünyada sülhün və əmin-amanlığın bərqərar edilməsinə böyük zərbə kimi daxil olub. Hətta ABŞ tərəfi yaxın günlərdə Qüds qərarını ləğv etsə belə, regionda yaranmış gərginliyin səngiməsi gözlənilmir. ABŞ-ın bu qərarı ləğv edəcəyi isə gözlənilən deyil. Deməli, hərbi sənaye kompleksinə dair iqtisadi maraqlar ABŞ üçün daha yüksəkdə dayanır.

Qeyd etmək lazımdır ki, ABŞ Qüdsə dair ədalətsiz qərarı BMT-nin bu şəhərin statusu barədə 1980-ci il qərarına ziddir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var