REGİONLAR
QURU XURMA İSTEHSAL EDƏN İLK EMAL MÜƏSSİSƏSİ YARADILMIŞDIR
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xurma istehsalı Balakənin kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hər il rayonun bağlarından 3 min ton xurma yığılır. Məhsul, əsasən, Rusiya bazarlarına çıxarılır. Lakin son illər nəqliyyat xərcləri xeyli artdığından xurma məhsulunun qonşu ölkəyə ixracı istənilən səmərəni vermir. Ona görə yerli sahibkarlar xurmanın qurudularaq satışa çıxarılmasına üstünlük verirlər.
On bir nəfər torpaq mülkiyyətçisini birləşdirən “Sevil” qadın sahibkar qrupu gələcəkdə məhsul istehsalını artırmaq üçün yeni meyvəqurudan avadanlıq almağı nəzərdə tutur. İstehsal sahəsinin genişləndirilməsi gələcəkdə yeni iş yerlərinin açılmasına imkan yaradacaqdır.
Hazırda Balakəndə torpaq mülkiyyətçiləri “Sevil” qadın sahibkar qrupunun quru xurma istehsalı sahəsindəki təcrübəsindən geniş istifadə edirlər.