Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qurultay çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma” mövzusunda müzakirələr aparılıb VİDEO

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov moderatorluq edib. O, Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitqin əhəmiyyətini vurğulayıb, bu baxımdan panelin mövzusunun aktuallığını qeyd edib.

AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə çıxış edərək 2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsinin 25 ilinin tamam olduğunu xatırladıb. Qeyd edib ki, bu müddətdə Azərbaycan tarixi nailiyyətlər əldə edib və dünyanın ən yüksək texnologiyalarına əsaslanan, özünün kosmik peyki olan bir ölkəyə çevrilib. Lakin dünyada qlobal səviyyədə informasiya müharibəsinin aparıldığı yaddan çıxmamalıdır. Doğrudur, Azərbaycanda hökumət səviyyəsində informasiya sahəsində mühüm işlər görülür. Lakin virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkandan fəaliyyəti əlaqələndirmək lazımdır. Məsələn, dünyada ən inkişaf etmiş saytlardan biri olan “Vikipedia”da fəallıq artırılmalıdır. Böyük potensialımız səfərbər edilməlidir. Habelə müxtəlif qrafikalı, o cümlədən kiril, ərəb qrafikalarında yazılar arasında çəpər götürülməli, transliterasiya problemi həll edilməlidir. Bir sözlə, müasir dövrdə informasiya müharibəsində təkcə Azərbaycanın resursları yetərli deyil, dünya azərbaycanlıları bu işə öz töhfəsini verməlidirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə tədqiqatçı, “Türküstan və Cənubi Qafqaz: daşnaklar Fərqanədən Qarabağadək” kitabının müəllifi Şuxrat Salamov (Özbəkistan) çıxış edərək Azərbaycan və özbək xalqlarının ortaq tarixi və mədəniyyətindən söhbət açıb. O bildirib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Ş.Salamov “Daşnaksütyun” partiyasının özbək və Azərbaycan xalqlarına qarşı törətdiyi təxribatlara dair faktlar gətirib, tarixi hadisələr barədə materialların nəşr etdirilərək gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, Türkdilli Diasporların Ukrayna Regional Mərkəzinin icra katibi, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov məruzəsində informasiya məkanında xarici KİV-lərdə çıxış etməyin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, xarici KİV-lərin böyük əksəriyyətinin biznes strukturu olması nəzərə alınmalıdır. Bu baxımdan müvafiq istiqamətdə fondun təşkili, eləcə də KİV-lərlə bağlı koordinasiya mərkəzinin yaradılması və bu işə peşəkar jurnalistlərin cəlb edilməsi faydalı olar.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Mahir Həmzəyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Litva, latış, eston xalqlarının təcrübəsindən bəhrələnməyi təklif edib. Qeyd edib ki, 2006-cı ildə Litvada Qarabağ hadisələrini işıqlandıran litvalı jurnalistlər qrupu yaradılıb. Qrup informasiyanın təqdimatında müxtəlif janrlardan istifadə edir, Avropa düşüncə tərzinə uyğun materiallar hazırlayır. Lakin ümumilikdə hələ görüləsi işlər çoxdur, xüsusilə sosial şəbəkələrdə fəallıq artırılmalıdır.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov məruzəsində informasiya platforması yaratmağın zəruriliyini vurğulayıb. Diqqətə çatdırıb ki, Rusiyada yaşayan ermənilər vətənpərvərlik pərdəsi altında rus xalqı adından Rusiya siyasətinə dair fikirlər söyləyir, tövsiyələrini verir, əslində isə bu regionda öz mənafelərini güdürlər. Ermənilər hansı dövlətdə yaşamalarına baxmayaraq orada informasiya agentliyi yaradır, həmin ölkənin marağını müdafiə etmək adı ilə öz niyyətlərini həyata keçirirlər. S.Məmmədov həm Azərbaycana, həm də Rusiyaya loyal informasiya agentliyini yaratmaq və bunun vasitəsilə Azərbaycan həqiqətlərini yaymaq, eləcə də digər ölkələrdə bu cür platformanı həyata keçirmək təklifini irəli sürüb. O, tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini arzu edib.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür (Almaniya) beynəlxalq təşkilatların nizamnamə və digər sənədlərində xalqların hüququna dair müddəaların real hadisələrə tətbiqində ikili standartların olduğundan söz açıb. O, Avropanın paytaxt şəhərlərindən birində mərkəzin yaradılması təklifini, azərbaycanlılara qarşı iftiralarla bağlı məhkəməyə müraciət edilməsi təklifini irəli sürüb.

İsrail Dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasının rəsmi əlaqələndiricisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut məruzəsində bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Son iki ildə Azərbaycana jurnalistlərdən ibarət nümayəndə heyətləri gəlir. Azərbaycanın geosiyasi gücünün artmasını, iqtisadi yüksəlişini vurğulayan A.Qut iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini qeyd edib və bu əlaqələrin davam etməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, heç bir dövlətdə yəhudilərə qarşı Azərbaycanda olduğu qədər bu cür yüksək münasibət yoxdur. Bu, Azərbaycan dövlətinin multikultural dəyərlərə sahib olması ilə bağlıdır. A.Qut Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə intellektual elitanı daha çox cəlb etmək təklifini irəli sürüb. Onun sözlərinə görə, Azərbaycanın başqa ölkələrdə intellektual elita ilə tanınması xeyli fayda gətirə bilər. A.Qut ayrı-ayrı ölkələrdə yerli ictimai, siyasi xadimlər arasında Azərbaycanı dəstəkləyən insanların olmasının zəruriliyini bildirib.

Azərbaycan Hyuston Mərkəzi, Hyuston Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova məruzəsində xaricdə yaşayan azərbaycanlıların üzərinə ölkəni təmsil etmək baxımından böyük məsuliyyət düşdüyünü söyləyib. Diqqətə çatdırıb ki, Azərbaycan Hyuston Mərkəzi təkcə Hyuston şəhərində deyil, ABŞ-ın ətraf ştatlarında da görüşlər keçirir, mədəniyyət, təhsil, tibb və biznes istiqamətlərində layihələr reallaşdırır, Azərbaycanın Respublika Günü, Dövlət Bayrağı Günü, Novruz bayramı qeyd olunur. Xocalı həqiqətlərinin amerikalı tələbələrə çatdırılması məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində universitetlərdə tədbirlər keçirilir. Aprel ayında Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca təxribat törətmələri zamanı təşkilat ABŞ-da Azərbaycan Ordusuna dəstək yürüşləri təşkil edib.

Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin üzvü, “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi (Danimarka) türk diasporu ilə birgə fəaliyyət göstərməyin əhəmiyyətindən danışıb. O, türk diaspor təşkilatlarının gücündən istifadə etməyin vacibliyini vurğulayıb.

Panel sessiyada Ermənistan dövləti, erməni diasporu və lobbisinin Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsində Azərbaycan diasporunun üzərinə düşən vəzifələr, qondarma “erməni soyqırımı” iddiaları ilə əlaqədar Azərbaycan və türk diasporunun birgə fəaliyyətinin yeni dövrün tələblərinə uyğun mexanizmlərinin necə qurulması, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı rejimin müstəqil dövlət kimi tanıdılması istiqamətində kampaniyaların qarşısının alınması üçün hansı addımların atılması məsələləri üzrə çıxışlar dinlənilib. Habelə Azərbaycana qarşı bəzi ölkələrdə aparılan təbliğata necə cavab verilməli, media və sosial şəbəkələrin informasiya müharibəsində rolu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında informasiya texnologiyalarının effektiv tətbiqi üçün vahid strategiyanın müəyyən olunması məsələləri müzakirə edilib.

Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.

Qurultay çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma” mövzusunda müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb