SİYASƏT
Rauf Zeyni: Sumqayıt hadisələri azərbaycanlılara qarşı təxribatdır
Bakı, 27 fevral, AZƏRTAC
Maqsud İbrahimbəyov İsveçdə səfərdə olarkən görür ki, bir film göstərirlər. Guya sumqayıtlılar doğum evinə hücum edib oradakı erməni qadınlarının qarınlarını kəsiblər. Qadınların qarınlarından uşaqları çıxarıb kabab ediblər. O da buna öz etirazını bildirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni İTV-nin efirində yayımlanan "Diqqət mərkəzi" verilişində səsləndirib.
Rauf Zeyni bildirib ki, Sumqayıt hadisələrinə hüquqi-siyasi qiymət verilməlidir. Çünki qeyd olunanlar azərbaycanlılara, sumqayıtlılara qarşı təxribatdır.
"Biz həmin vaxt çalışdıq ki, Sumqayıt hadisələrinə qiymət verilsin. Amma cəhdlərimizin qarşısı hər dəfə alınırdı. 1992-ci il sentyabrın 29-da mənim təşəbbüsümlə ilk dəfə şəhər sovetinin qərarı ilə Sumqayıt hadisələrinə hüquqi-siyasi qiymət verilmək üçün komissiya yaradıldı”, - deyə o qeyd edib.