İQTİSADİYYAT
Rayonda qış mövsümünə hazırlıq işləri davam edir
Bakı, 23 noyabr (AZƏRTAC). Sabunçu rayonunda bina və sosial obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə cari il ərzində 28 qazanxanada, eləcə də 5 istilik məntəqəsində və magistral istilik xətlərində təmir-bərpa işləri görülmüşdür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, rayon ərazisindəki 131 yaşayış binasını, 18 məktəbi, 9 uşaq bağçasını, 7 səhiyyə obyektini və 10 digər obyekti fasiləsiz istilik enerjisi ilə təmin etmək üçün bütün lazımi tədbirlər görülmüşdür.
Dövlət Proqramı çərçivəsində 72 nömrəli məktəbin qazanxanası sökülərək, yerində 700 min kkal/saat gücü olan müasir tipli qazanxana tikilmişdir. Bakıxanov qəsəbəsində yerləşən 320 nömrəli qazanxanada da yenidənqurma işləri aparılaraq 350 min kkal/saat gücü olan yeni qazan quraşdırılmışdır.
Görülən tədbirlər nəticəsində 10 yaşayış binası, 1 məktəb və 1 səhiyyə müəssisəsi istiliklə təmin olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]