MƏDƏNİYYƏT
Rəqs üzrə Azərbaycan kuboku müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Teatr Xadimləri İttifaqında rəqs üzrə Azərbaycan kuboku müsabiqəsinin yekun tədbiri keçirilib. Müsabiqə Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Gənclər İttifaqının və “Lenovo” kompaniyasının dəstəyi ilə gerçəkləşib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 3 yaşdan 43 yaşadək, 4 ölkədən olmaqla 4200-dək iştirakçı qatılıb. Müsabiqə çərçivəsində etnik folklor, şou-dans, bollywood, hip-hop şou və çerlidinq nominasiyaları üzrə çıxış edən qaliblər mükafatlandırılıb.
Balacalar arasında çerlidinq nominasiyası üzrə Ağcəbədinin “Qarabağ” kollektivi qalib elan olunub. Digər nominasiyalar üzrə qalib iştirakçılar da mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]