SİYASƏT
Rəşad Məcid: Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin müsahibələri jurnalistika tədrisi üçün bir vəsaitdir
Bakı, 27 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin mətbuata böyük önəm verməsi onun bütün müsahibələrində açıq şəkildə görünür. 1998-ci ilin avqustu mətbuat üçün bir bayram oldu. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv edildi. Bu hadisə dünya mediasında böyük hay-küylə təqdim olunmuşdu. Senzuranın ləğvindən sonra mətbuat-məmur qarşıdurması daha da artmışdı. Ümummilli Lider o zaman da mətbuatı müdafiə edirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda çıxışında deyib.
O bildirib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin müsahibələri jurnalistika tədrisi üçün bir vəsaitdir.
Rəşad Məcid Şuşada keçirilən Qlobal Media Forumunun ənənə halını alacağına əminliyini ifadə edərək bildirib: “Növbəti illərdə də bizim dünyanın müxtəlif ölkələrindən gələn məşhur jurnalistlərlə görüşlərimiz olacaq, Prezident İlham Əliyev də onların suallarına bizi qürurlandıracaq şəkildə cavablar verəcək”.