İDMAN
RESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri Astaradan xəbər verir ki, rayonun şahmat məktəbində 16 yaşınadək məktəblilərin astaralı Milli Qəhrəman Yalçın Nəsirovun xatirəsinə həsr olunmuş respublika turniri başa çatmışdır. Qalib adı uğrunda müxtəlif şəhər və rayonlardan gəlmiş 60 şahmatçı mübarizə aparmışdır.
Oğlanların yarışında naxçıvanlı İrfan Sevdimalıyev 9 oyundan 8 xal toplayaraq 1-ci yeri tutmuşdur. Lənkəranlı Vüsal Dadaşov 2-ci, astaralı Ravid Məmmədov isə 3-cü olmuşlar.
Qızların yarışında Əli Bayramlıdan Gülnar Məmmədova və lənkəranlı Lalə Babayeva 8,5 xalla 1 və 2-ci yerlərə layiq görülmüşlər. 3-cü yerə Əli Bayramlı şahmatçısı Ləman Qurbanova çıxmışdır.
Qaliblərə Respublika Təhsil Nazirliyinin, Astara rayon gənclər, idman və turizm idarəsinin, rayon şahmat məktəbinin diplomları, fəxri fərmanları və qiymətli hədiyyələri verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [20:57]
“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb
- 15.06.2024 [20:02]
“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb
- 15.06.2024 [19:00]
“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib
- 15.06.2024 [16:51]
“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb
- 15.06.2024 [14:22]
Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub
- 15.06.2024 [14:03]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb
- 15.06.2024 [13:13]
NBA: “Dallas Maveriks” final seriyasını uzadıb
- 15.06.2024 [09:29]