Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Roma Papası Naqasakidəki çıxışında dünyanı sülhə və nüvə silahının ləğvinə çağırıb

Tokio, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də 1945-ci il avqustun 9-da atom bombardmanına məruz qalmış Naqasaki şəhərində çıxış edən Roma Papası Fransisk beynəlxalq ictimaiyyəti nüvə silahının ləğvinə çağırıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 23-də axşam saatlarında Tokionun “Haneda” aeroportuna çatan Roma Papasını Yaponiya Baş Nazirinin müavini, maliyyə naziri Taro Aso və digər rəsmi şəxslər qarşılayıblar. Xatırladaq ki, bu, Roma Papasının 38 ildən sonra Gündoğar ölkəyə ilk səfəridir.

Qeyd edək ki, xristianlıq Yaponiyaya XVI əsrin ortalarında ilk katolik missioner, iezuitlər ordeninin nümayəndəsi Fransisk Ksaveri tərəfindən gətirilib. F.Ksaveri yapon Anciro ilə birlikdə 1549-cu ildə Yaponiyanın cənubunda yerləşən Kaqoşima şəhərinə gəlib. Bir neçə müddət Anciro ilə birlikdə yaşayan F.Ksaveri ilk olaraq onu və qohumlarını xaç suyuna çəkib. Sayı təqribən 100 nəfərə çatan bu qrup Yaponiyada ilk xristian icması sayılır. F.Ksaverinin cəhdləri nəticəsində tezliklə Yamaquçi və Kiotoda da xristian mərkəzləri yaranıb. Buddist din xadimlərinin və İmperator sarayının ciddi müqavimətinə baxmayaraq, iezuitləri Otomo Sorin və Oda Nobunaqa kimi yerli hakimlər müdafiə edirdilər. Xristian dini xüsusən Kyüşü adasında və paytaxt Kinki rayonunda geniş yayılır. XVI əsrin sonlarında Yaponiyada xristian icması üzvlərinin sayı 300 minə çatır.

Yaponiyaya yeni gələn missionerlər arasında başqa ordenlərin nümayəndələri də var idi. Xristian dininə yeni cəlb edilənlər uğrunda onların arasında başlayan qarşıdurma missionerlərə qarşı inamı azaltmağa başlayır. Bu, bəzi şoqunların xristianlığa təhlükə kimi baxmasına səbəb olur. 1587-ci ildə şoqun Tyoçomi Hideyoşi missionerlərin ölkəyə gəlməsini qadağan edir və bundan sonra xristianların sıxışdırılmasına başlanılır. Buna əsas kimi həm də xristianlığı yeni qəbul etmiş bir sıra yaponların buddist məbədlərini dağıtması göstərilir.

1596-cı ildə Yaponiya sahillərində lövbər salmış “San Felipe” ispan gəmisinin heyəti Qərb istilasının agentləri kimi Yaponiya hökuməti tərəfindən həbs edilir. Həmin gəmidə olan bir sıra keşişlər və xristian yaponlar missionerliyin qadağan olunması barədə qanunu pozduqlarına görə həbs edilirlər. 1597-ci ildə həmin 26 xristian çarmıxa çəkilir.

Kilsələrin dağıdılması və xristianların kütləvi edam olunması onların gizli fəaliyyət göstərməsinə səbəb olur. Müasir yapon dinşünaslığında Edo dövrünün gizli xristianları “Kakure-kirisitan” adlanır.

1637-ci ildə gizli fəaliyyət göstərən xristianların bir qrupu Şimabarada üsyan qaldırsalar da bunun qarşısı şoqunatın ordusu tərəfindən qətiyyətlə alınır. 1639-cu ildə Tokuqava Hidetadanın və Tokuqava İemitsunun silsilə fərmanlarından sonra Yaponiya Avropa ölkələri ilə əlaqələri kəsir və bununla da ölkənin tədric olunması dövrü başlanır. Beləliklə Yaponiyada xristianlığın ləğvi 250 il davam edir.

XIX əsrin ortalarında Yaponiyanın yenidən qapıları açması xristian missionerlərin də xarici vətəndaşlar kimi bu ölkəyə girişinə yol açır. Lakin bu, heç də yaponların xristian dinini qəbul etməsinə icazə verilməsi demək deyildi. Digər dinlərin nümayəndələrinə qarşı repressiyalar 1868-ci ildə Meycinin başladığı modernləşmə və qərbləşmə siyasətindən sonra da davam edir. 1868-1870-ci illərdə hökumətin Naqasakidə xristianları edam etməsi Avropa ölkələri və ABŞ tərəfindən kəskin tənqid edilir. Yalnız 1873-cü ildə xarici təzyiqlərin təsiri altında Yaponiya hökuməti xristianlığa tətbiq etdiyi qadağanı aradan qaldırır.

Artıq XIX əsrin sonlarında Yaponiyada Roma-katolik kilsələri, Yaponiya protestant xristian kilsələri İttifaqı, ingilis kilsəsi və rus-pravoslav kilsələri fəaliyyətə başlayır.

Müqəddəs taxtın Yaponiya ilə birbaşa əlaqələri yalnız XX əsrdə, diplomatik münasibətlər isə yalnız II Dünya müharibəsindən sonra formalaşır. Roma Papası II İohann Pavel 1981-ci ildə Yaponiyaya rəsmi səfərə gəlir.

Yaponiyanın Naqasaki şəhərində gizli xristianlığın tarixinə hörmət əlaməti olaraq 2018-ci ildə bu etiqadla əlaqəli olan 12 obyekt UNESKO-nun Dünya İrsi siyahısına daxil edilib.

Noyabrın 24-də səhər saatlarında Naqasakiyə gələn Roma Papasını yağışlı havaya baxmayaraq, yüzlərlə Naqasaki sakini qarşılayıb. Onun hərəkət etdiyi yol boyunca düzülmüş insanlar Roma Papasına ehtiramlarını ifadə ediblər. Atom bombasının episentrinin yerləşdiyi parka gələn pontifik burada 1945-ci il avqustun 9-da şəhərin atom bombardmanı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıb. Həmin faciə zamanı 80 mindən çox insan həlak olub.

Sonra parka toplaşanlar qarşısında çıxış edən Roma Papası bütün dünyanı sülhə və nüvə silahının ləğvinə çağırıb. Onun çıxışı bir sıra yerli telekanallarla canlı yayımlanıb. Pontifik qeyd edib ki, dünya liderləri həmin silahın hazırda mövcud olan milli və beynəlxalq təhdidlərdən qorumadığını unutmamalıdırlar.

Çıxışını bitirdikdən sonra Roma Papası parkın yaxınlığında yerləşən Xatirə muzeyini və 1597-ci ildə edam edilmiş 26 müqəddəsin muzeyini ziyarət edib.

Pontifikin Naqasaki səfəri minlərlə insanın toplaşdığı beysbol stadionunda dini ayini icra etməsi ilə başa çatıb.

Səfər proqramına uyğun olaraq pontifik atom bombardmanından zərər çəkmiş digər yapon şəhəri olan Hiroşimaya yola düşüb. Yerli vaxtla axşam saat 6 radələrində Hiroşimaya çatacaq Roma Papası atom bombardmanı zamanı sağ qalan insanların Sülh Xatirə parkında keçiriləcək mitinqinə qatılacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub