SİYASƏT
Rumıniyanın xəbər agentliyində 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunmuşdur
Buxarest, 16 iyun (AZƏRTAC). Rumıniyanın “Amos News” müstəqil xəbər agentliyinin saytında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimovun “Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalədə 15 iyun tarixinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyətindən, Milli Qurtuluş Gününün tarixindən bəhs edilmişdir.
Yazıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Prezident seçildikdən sonra respublika həyatının bütün sahələrində başlanan inkişaf, xarici investorların sərmayələrini yerləşdirmələrinə yaranan stabil şərait, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” barədə məlumat verilmişdir.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.
Avropanın enerji təhlükəsizliyini təmin edə bilən tərəfdaş rolunu oynayan Azərbaycan, TAP və TANAP layihələrini uğurla reallaşdırır.
Məqalənin tam mətnini aşağıda qeyd olunan linkdə oxumaq mümkündür:
http://www.amosnews.ro/azerbaijan-sarbatoreste-ziua-salvarii-nationale-2014-06-15
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest