Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dağıstan Respublikasının Dövlət katibi Maqomed-Sultan Maqomedovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbə seçicilərin Sizə yüksək etimadının əlaməti, regionun rifahı naminə fəaliyyətinizə verilən dəyərdir. Əminəm ki, Sizin işgüzar və şəxsi keyfiyyətləriniz gələcəkdə də respublikanın inkişafı və onun sakinlərinin rifah halının yüksəldilməsinə yönəlmiş planların uğurla həyata keçirilməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, uğurlar arzulayır, ən xoş diləklərimi çatdırıram.

Dərin hörmətlə,

 

Maqomed-Sultan Maqomedov

Rusiya Federasiyası Dağıstan Respublikasının Dövlət katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin