Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri Aleksey Juravlyovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz bütün Azərbaycan xalqı üçün əsl milli lider, müdrik dövlət xadimi, beynəlxalq arenada ölkənizin milli maraqlarının qətiyyətli müdafiəçisisiniz. Siz atanız möhtərəm Heydər Əlirza oğlu Əliyevin layiqli övladısınız. Bu gün Siz onun böyük siyasi irsini davam etdirir və zənginləşdirirsiniz. Şadam ki, Sizin şəxsinizdə Rusiya etibarlı müttəfiqə malikdir, ölkələrimiz bərabərhüquqlu, qarşılıqlı etimada və hörmətə əsaslanan şərtlərlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və möhkəmləndirir.

Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, uğurlar və firavanlıq, gözəl Vətəniniz Azərbaycana sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

 

Aleksey Juravlyov

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin