Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftiləri Şurasının sədri, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftiləri Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Dualarımda Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Uca Allahdan Sizə xeyirxah təşəbbüslərinizdə kömək olmasını diləyirəm.

Sizin balanslı siyasətiniz, Azərbaycan Respublikasının Konstitusiya əsaslarının qorunub saxlanılmasında və bərqərar edilməsində prinsipial mövqeyiniz sayəsində Azərbaycan mənəvi, intellektual və iqtisadi inkişaf yolu ilə qətiyyətlə irəliləyir.

Hörmətli İlham Heydər oğlu, dua edirəm ki, Uca Allah Sizə, Azərbaycandan olan bütün qardaşlarıma firavanlıq və əmin-amanlıq bəxş etsin.

Amin.

Hörmətlə və xoş dualarla,

 

Müfti şeyx Ravil Qaynutdin

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftiləri Şurasının

sədri, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin