Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan xalqının geniş dəstəyi respublikanın firavanlığı və inkişafı istiqamətində həyata keçirdiyiniz kursun uğurlu olduğunu sübut edir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh, rifah və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

 

Maqomedsalam Maqomedov

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin