Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya ziyalıları nə vaxta qədər susacaqlar?

Rusiya ziyalıları nə vaxta qədər susacaqlar?

Berlin, 29 noyabr, AZƏRTAC 

“1941-1942-ci illərdə Türkiyənin Ermənistana müdaxiləsi təhlükəsi yarananda Njde Hitler ilə yaxınlaşdı. O, növbəti soyqırımının qarşısını almaq istəyirdi”.

AZƏRTAC xəbər verir ki, bədnam rusiyalı müəllif Mixail Veller bu yaxınlarda belə bir səfeh fikir söyləyib. Konstantin Zatulin kimi bəzi rusiyalı ictimaiyyətçilər isə neçə illərdir bu absurd tezisi təkrarlayır və deyilən sözün mahiyyəti barədə heç fikirləşmirlər. Onlar belə bir sadə həqiqəti anlamağa çətinlik çəkirlər ki, İkinci Dünya müharibəsi illərində “Ermənistanı Türkiyədən xilas etmək” üçün, ümumiyyətlə, Hitlerlə yox, SSRİ ilə yaxınlaşmaq lazım idi!!! Ona görə ki, Türkiyə “Ermənistana hücum etsəydi” (o vaxt Ermənistan ayrıca dövlət kimi mövcud deyildi), ilk növbədə SSRİ-yə hücum etmiş olar və Almaniyanın müttəfiqinə çevrilərdi. Belə bir şəraitdə Almaniya ilə necə ittifaq bağlamaq olardı?!

Belə çıxır ki, sənin qardaşını döyürlər, sən isə onu döyənin dostları ilə yaxınlaşırsan! Başınızı işlədin, cənab Veller və cənab Zatulin.

Belə çıxır ki, Njdeyə münasibətdə əks tərəfdə döyüşən marşal Baqramyan “soyqırımı istəyirmiş”? Zatulinin məntiqindən belə çıxır?

Ümumiyyətlə, bu “soyqırımı” mövzusu haradan çıxıb?! Bütün bu “türk” arqumenti lap yaxın vaxtlarda meydana çıxıb və onu, necə deyərlər, qondarıblar. Sadəcə olaraq neonasizmin Yerevandakı məddahları Njdeyə haqq qazandırmaq üçün başqa bir vasitə tapmırlar (amma ona haqq qazandırmaq istəyirlər!) və çarəsizlikdən yenə “sevimli” Türkiyədən yapışırlar. Yaxşı ki, Türkiyə var - onlar özlərinin bütün bəlalarını onun üstünə yıxırlar.

Di gəl, bu zatulinlər anlamırlar ki, bu məntiqlə Banderaya və Vlasova da bəraət qazandırmaq olar. Kim mübahisə edəcək ki, onlar ukraynalıların və rusların qeydinə qalırdılar? Elə isə gəlin Hitlerə də haqq qazandıraq, axı o, almanların rifahının qeydinə qalırdı. Əgər Baltikyanı ölkələrdəki SS veteranlarından soruşsanız, onlar da deyəcəklər ki, öz xalqlarının bolşevizmdən və məhv olmaqdan xilas edirdilər. Zatulinlər bu keyslərdə nə üçün həmin tezisi tətbiq etmirlər? Siyasi konyunktur imkan vermir?

Ümumiyyətlə, erməni legionundan olan başkəsənlər Krımda və Şimali Qafqazda döyüşərkən, orada bu qədər sovet adamını məhv edərkən, həmin məkanda Türkiyəni görmüşdülərmi?

“Xanuma” tamaşasındakı Akop-can demişkən: “Eee, Kür hara, sənin evin hara!”. Krımda və Rostov ətrafında “erməni soyqırımı” törədən türkləri təsəvvürə gətirmək çətindir, amma Qaregin Njdenin dəstələri orada vəhşiliklər törədirdi.

Konstantin Fyodoroviç, özünüzü axmaq yerinə qoymayın. Axı siz çox yaxşı bilirsiniz ki, Njdenin əsl məqsədi Ermənistanı sovetsizləşdirmək və onu SSRİ-dən ayırmaq idi! “Almaniyanın müttəfiqi” (və deməli, Njdenin özünün də müttəfiqi) olan Türkiyə və “soyqırımı” mövzusu yaxın vaxtlara qədər ümumiyyətlə gündəlikdə yox idi. Bunların hamısı Dro və Njde kimilər üçün bəraət arqumentləri paketi hazırlayan bugünkü siyasi texnoloqlar tərəfindən uydurulub.

Xatırladaq ki, bu il oktyabr ayında MDB-nin Türkmənistanda keçirilmiş zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB ərazisində faşistlərin qəhrəmanlar kimi qələmə verilməsi mövzusuna toxunub. O deyib ki, Ermənistanın əvvəlki hökuməti alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyub.

Bu günlərdə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş mərasimdə çıxış edən Azərbaycan dövlətinin başçısı Njdeyə Yerevanın mərkəzində ucaldılımış altı metr hündürlüyündə heykəlin sökülməsini tələb edib. Prezident İlham Əliyev deyib: “MDB məkanında faşistlərə abidələr qoyulmasına yol vermək olmaz. Bu, qəbuledilməzdir və həmin abidə sökülməlidir».

Görəsən, Yerevanda Azərbaycan dövlətinin başçısının çağırışına əməl edərək bu biabırçılıq ləkəsini yuyacaqlar, yoxsa tərsliyi davam etdirəcəklər? Bunu söyləmək çətindir. Çox güman ki, əməl etməyəcəklər, çünki o diyarda sağlam düşüncəyə az-az təsadüf olunur. Yeri gəlmişkən, rəsmi Yerevanın mövqeyini müalicəsi olmayan, ümidsiz bir hal hesab edərək, boşa vermək olardı. Burada daha çox heyrət doğuran - Banderanı və Vlasovu birmənalı şəkildə pisləyən, amma hitlerçi generallar Njde və Dronun qəhrəmanlar kimi qələmə verilməsinə susan Rusiya ziyalılarının mövqeyidir. Axı Njde və Dronun hansı yuvanın quşu olduqlarını Kremldə də, Smolensk meydanında da hamı çox gözəl bilir. Tarixçi Vyaçeslav Nikonov susur, halbuki Paşinyan onun babasını - İkinci Dünya müharibəsi illərində SSRİ Xarici İşlər naziri olmuş Vyaçeslav Mixayloviç Molotovu həyasızcasına nasistlərin əlaltıları ilə bərabər tutub (işə baxın, o, “Hitlerin əlini sıxıb”).

Rusiyalıların çoxunun ataları, babaları cəbhədə döyüşüblər. Dünənki sərsəri alverçi onların ölkəsində əks tərəfdə döyüşənlərə bu gün həyasızcasına haqq qazandırır, amma onlar susurlar. Məgər bu, təhqiramiz deyilmi?

Fikir verin, Rusiya telekanallarındakı tok-şouların aparıcıları hər dəfə birbaşa suallara yayğın cavab verirlər, yəni “biz tarixə yenidən nəzər salmağın əleyhinəyik”.

Bəs belə heykəllər açılanda, üstəlik, sizin studiyalarda bu hadisələrə hay-küylə haqq qazandırılanda nə üçün susursunuz?

Əgər siz belə susmaqda davam etsəniz, tezliklə Vovayeviç Moskvaya müraciət edəcək, Vladimir həbsxanasının məhbusuna ölümündən sonra bəraət verilməsini xahiş edəcək. Paşinyan Njdeni Soljenitsına bərabər tutur. Soljenitsına bəraət verildi ki... Deməli, ola bilsin, bir vaxt Njdeni də “günahsız cəfakeş” elan edəcəklər. Axı haçansa, lap çoxdan Yelena Gevorkovna Alixanyan-Bonnerin məsləhəti ilə onun əri akademik Saxarov Moskva metrosunda partlayış törətmiş Baqdasaryan, Zatikyan və Stepanyan soyadlı üç ermənini “cəfakeşlər” adlandırmışdı (deyilənə görə, arvadı Saxarovu döyə-döyə buna məcbur edib).

Buna görə də təəccüblənməyə dəyməyəcək.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub VİDEO

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur