Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyada fəaliyyət göstərən “Mərkəzi Müftilik” Müsəlmanların Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri, müfti Anar Ramazanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda həyatın bütün sahələrində böyük dəyişikliklər baş verib, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Təkcə azərbaycanlılar deyil, həm də bütün Türk dünyası Sizə rəğbət bəsləyir. Siz Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi-əxlaqi dəyərlərin və ənənələrin qorunub saxlanılmasını və inkişafını təmin etmisiniz. Dağıdılmış, təhqir edilmiş məbədlərin bərpası sahəsində Sizin gördüyünüz işlər bütün dünya müsəlmanları üçün örnəkdir.

Cənab Prezident, Moskva ümməti adından Sizə dəstəyimizi bildirir, Allahın mərhəmətini diləyir, ölkənin və xalqın rifahı naminə səmərəli fəaliyyətinizdə tükənməz enerji arzulayıram.

Hörmətlə,

 

Müfti Anar Ramazanov

Rusiyada fəaliyyət göstərən “Mərkəzi Müftilik”

Müsəlmanların Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin