İDMAN
RUSİYALI MƏŞQÇİLƏR BAKIYA GƏLƏCƏKLƏR
Azərbaycan Gimnastika Federasiyasının (AGF) dəvəti ilə Rusiyanın bədii gimnastika üzrə yığma komandasinin iki məşqçisi yanvarın üçüncü ongünlüyündə Bakıya gələcəkdir. Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İnna Bıstrova və Natalya Loşşinskaya gimnastlarımızla qrup hərəkətləri üzrə iki təmrin üzərində işləyəcəklər. Xatırladaq ki, N.Loşşinskaya qrup hərəkətləri üzrə keçmiş SSRİ yığma komandasının heyətində dünya çempionu adını qazanmışdır. Beynəlxalq dərəcəli hakim olan bu tanınmış mütəxəssisin nüfuzlu turnirlərin idarə edilməsində də böyük təcrübəsi var.
Təmrinlər 2005-ci ildə Bakıda keçiriləcək dünya çempionatı üçün hazırlanır. İndi yığma komandamızın baş məşqçisi Valentina Ukleina və məşqçi Natalya Nərimanova komandaya namizədləri gözdən keçirir, hər iki təmrin üçün musiqi seçirlər.
Rusiyalı mütəxəssislərinin Azərbaycan gimnastları ilə məşqləri 7-10 gün davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [20:57]
“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb
- 15.06.2024 [20:02]
“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb
- 15.06.2024 [19:00]
“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib
- 15.06.2024 [16:51]
“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb
- 15.06.2024 [14:22]
Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub
- 15.06.2024 [14:03]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb
- 15.06.2024 [13:13]
NBA: “Dallas Maveriks” final seriyasını uzadıb
- 15.06.2024 [09:29]