REGİONLAR
SAATLI RAYONU TAXILA OLAN TƏLƏBATINI ÖZ İSTEHSALI HESABINA ÖDƏYƏCƏKDİR
Saatlı rayonunun sahibkarları bu il 21 min 200 hektar sahədə bol taxıl yetişdirmişlər. Torpaq mülkiyyətçiləri bu günədək 1699 hektar arpa zəmisində biçini başa çatdırmış, hər hektardan 36 sentner məhsul yığmışlar. Taxıl biçininə rayon üzrə 74 kombayn cəlb edilmişdir. Hələlik 1500 hektar buğda zəmisinin məhsulu biçilmişdir. Rayon Statistika İdarəsindən verilən məlumata görə, buğda sahələrinin hər hektarının orta məhsuldarlığı hələlik 39 sentnerdir. Bu isə əvvəlki ilə nisbətən 5 sentner çoxdur. Bu mövsümdə azı 110 min ton taxıl toplamaq proqnozlaşdırılır. Adambaşına taxıl tədarükünün artaraq azı 1300 kiloqram olacağı gözlənilir. Taxılçılıqdakı uğurların başlıca səbəblərindən biri dünya şöhrətli seleksiyaçı alim, akademik Cəlal Əliyevin yetişdirdiyi yüksək məhsuldar “Nurlu”, “Əzəmətli”, “Bərəkətli” və digər buğda sortlarının əkin sahələrinin genişlənməsidir.