Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şahdəniz” layihəsinin icrası Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıdır

İndiyədək “Şahdəniz”dən çıxarılan 94 milyard kubmetr qazın 7,3 milyard kubmetri Gürcüstana, 53 milyard kubmetri isə Türkiyəyə göndərilib

Bakı, 11 iyul, Nihad Budaqov, AZƏRTAC

Azərbaycanın neft strategiyasının son illər qazandırdığı böyük dividendlərdən biri də ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı, məhz nəhəng “Şahdəniz” qaz-kondensat yatağının kəşfi və işlənməsi, eləcə də yeni boru kəmərlərinin inşası ilə ərsəyə gələn “Cənub Qaz Dəhlizi” layihəsini icra etməklə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsinə öz töhfəsini verir. “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıdır. Bəs necə oldu ki “qara qızıl”ın vətəni sayılan Azərbaycan təbii qaz hasilatçısı və ixracatçısı oldu? Tarixə nəzər salaq.

“Şahdəniz” yatağının kəşfi

1996-cı il iyunun 4-də SOCAR xarici tərəfdaşlarla perspektivli “Şahdəniz” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (HPBS) haqqında saziş imzalayır. Həmin ilin oktyabrında Azərbaycan Parlamenti HPBS-i ratifikasiya edir. Bundan 3 il sonra - 1999-cu ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən, ehtiyatları bu günə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barrel kondensatdan ibarət olan nəhəng “Şahdəniz” qaz-kondensat yatağı kəşf olunur.

2001-ci ilin martında Azərbaycan və Türkiyə rəsmiləri Türkiyənin Azərbaycandan qaz almasına imkan yaratmaq üçün Ankarada Hökumətlərarası Saziş və Alqı-Satqı Sazişi imzalayırlar. Həmin il sentyabrın 29-da isə Azərbaycan və Gürcüstanın rəsmi təmsilçiləri təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Hökumətlərarası Saziş və müvafiq müqavilələri imzalayırlar.

2002-ci ilin fevralında həm Azərbaycan Hökuməti, həm də Gürcüstan Hökuməti Şahdəniz üzrə tərəfdaşlarla təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Tranzit Ərazisinə Malik Ölkə Hökuməti ilə Saziş imzalayıb və bununla da mühəndis-konstruktor, tender və kommersiya işlənməsinin yekun mərhələsinə keçid başlanır. 2003-cü ilin fevralında dəniz platformasının və yeni qaz ixrac sisteminin - Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək uzanan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası daxil olan “Şahdəniz-1” layihəsinə sanksiya verilir. Həmin il “İstiqlal” yarımdalma qazma qurğusu “Şahdəniz” yatağında işləmək üçün yola salınır, birinci və ikinci öncəqazma quyusunun qazılmasına başlanılır, “Şahdəniz-1” üzrə müqavilələr bağlanılır, Sinqapurda platformanın inşası üçün “Şahdəniz” layihəsinin ilk polad lövhəsi kəsilir və Səngəçal terminalında “Şahdəniz” üçün inşaat işlərinə başlanır.

2004-cü ilin əvvəlində CQBK-nın birinci borusu Azərbaycana daxil olur, üçüncü öncəqazma quyusunun qazılmasına başlanılır. İlin ortalarında “Şahdəniz Alfa” platformasının gövdəsi Sinqapurdan yola salınır və bu platforma üçün qazma avadanlığı dəsti Azərbaycana gətirilir. Həmçinin həmin ilin sonlarında Azərbaycanda CQBK-nın inşasına başlanılır və “Şahdəniz Alfa” platformasının gövdəsi Azərbaycana gətirilir.

2005-ci ildə “Şahdəniz-1” layihəsi üzrə sualtı boru kəmərinin inşası başa çatdırılır, “Şahdəniz Alfa” platforması dənizdə quraşdırılır, CQBK-nın istismara verilməsinə və hasilatına başlanılır.

“Şahdəniz” yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. “Şahdəniz” yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir.

Yatağı özünün Şahdəniz üzrə hasilatın pay bölgüsü sazişi tərəfdaşları adından BP şirkəti işlədir. Şahdəniz struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. BP şirkəti Şahdəniz BM-in operatorudur. “Şahdəniz” layihəsində iştirak payları belədir: BP (operator - 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

“Şahdəniz-1” üzrə bu vaxtadək Türkiyəyə 53 milyard kubmetr, Gürcüstana isə 7,3 milyard kubmetr qaz göndərilib

Nəhayət 2006-cı ildə “Şahdəniz-1” üzrə əməliyyatlara başlanılır və yataqdan hasilat həyata keçirilir. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilir. 2006-cı ildən etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur. 2007-ci il iyulun 4-də isə ilk “Şahdəniz” qazı Türkiyəyə çatır.

Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

2011-ci ildə “Şahdəniz” yatağında ümumi qaz hasilatı 1 trilyon standart kubfuta çatdırılır. 2012-ci ildə “Şahdəniz-1” çərçivəsində rekord hasilat tempinə - gündəlik 905 milyon standart kubfuta nail olunur. 2014-cü ildə isə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılır.

“Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir.

Cari ilin birinci rübündə yataqdan 2,7 milyard standart kubmetr qaz və 0,6 milyon ton, yəni təqribən 5 milyon barrel kondensat hasil edilib. İşlənmənin əvvəlindən bu vaxtadək “Şahdəniz” qaz-kondensat yatağından 94 milyard kubmetr təbii qaz və 25 milyon tonadək kondensat çıxarılıb. İndiyədək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 7,3 milyard kubmetr, Türkiyəyə isə 53 milyard kubmetr qaz verilib. Təkcə bu ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 2,1 milyard kubmetr qaz göndərilib.

Bu ilin ilk rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 123 milyon dollar əməliyyat xərcləri və təqribən 415 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün “BTC” şirkətinə qaz çatdırılması davam edib.

“Şahdəniz-2” qazı TANAP-la Türkiyə nəql edilir

“Şahdəniz-2” layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilib və Türkiyəyə kommersiya məqsədilə ilk təbii qazın nəqli planlaşdırıldığı kimi bu il iyunun 30-da başlayıb.

“Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 milyard kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə “Şahdəniz”in ümumi hasilatı 26 milyard kubmetr qaz və 120 min barrel kondensat həcminə çatdırılacaq.

2010-cu il iyunun 7-də Azərbaycan və Türkiyə hökumətləri “Şahdəniz-2” layihəsi üzrə Anlaşma Memorandumu imzalayır. 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanır. 2012-ci il iyunun 26-da Azərbaycan və Türkiyə hökumətləri yeni Trans-Anadolu (TANAP) boru kəmərinin inşasına dair hökumətlərarası saziş imzalayır. 2013-cü ilin sentyabrda Şahdəniz konsorsiumu Avropa alıcıları ilə qazın satışı üzrə sazişlər bağlayır və dekabrda isə “Şahdəniz” yekun investisiya qərarı elan edilir.

“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycanda, Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrastrukturudur. Layihə “Şahdəniz” qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsini (CQBKG) də əhatə edir.

28 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 kilometr sualtı boru kəməri və körpü ilə birləşdirilmiş 2 platforma daxildir. Qaz quru ilə 85 kilometrlik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Səngəçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda 428 kilometr, Gürcüstanda isə 59 kilometr uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa olunub.

“Şahdəniz-2” çərçivəsində hasil olunacaq əlavə 16 milyard kubmetr qaz 3 min 500 kilometrlik boru kəməri zənciri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan ərazisində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini - Azərbaycanda 428 kilometr üzrə 48 düymlük, Gürcüstanda 59 kilometr üzrə 48 düymlük kəməri, Türkiyə ərazisində 1340 kilometr üzrə 56 düymlük, 476 kilometr üzrə 48 düymlük və 34 kilometr üzrə 36 düymlük TANAP və iki kompressor stansiyasını, Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 kilometr üzrə 48 düymlük “Trans-Adriatik” boru kəmərini (TAP) əhatə edir.

Rövnəq Abdullayev: “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb

“TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”, - deyə SOCAR-ın prezidenti bildirib.

BP-nin regional prezidenti: 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcəyik

“2018-ci ildə Türkiyəyə kommersiya məqsədli ilk qaz həcmlərinin nəqli bizim layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. Regional hökumətlər və Şahdəniz konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək, biz bu hədəfə təhlükəsiz, vaxtında və büdcə çərçivəsində çatmışıq. Bu, bizim yüksəkkeyfiyyətli layihələri uğurla birgə həyata keçirə bildiyimizi göstərir. Operator olaraq BP məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək, növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirəcəyik”, - BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib.

Növbəti hədəf - “Şahdəniz-3”

2010-cu il noyabrın 11-də BP şirkəti, SOCAR və Şahdəniz üzrə tərəfdaşlar “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin 2031-ci ildən 2036-cı ilə qədər uzadılmasına dair saziş imzalayırlar. Bu da onu deməyə əsas verir ki, qarşıdakı illərdə “Şahdəniz”in yeni mərhələsinin işlənməsi perspektivləri var. SOCAR “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin üçüncü mərhələsini nəzərdən keçirir. 2025-ci ilədək “Şahdəniz-3” üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir. “Şahdəniz-3” çərçivəsində ilkin olaraq ildə təxminən 5 milyard kubmetr qaz hasil edilməsi gözlənilir.

Ekspertlərin qənaətinə görə, “Şahdəniz-3” layihəsi üzrə təbii qaz ehtiyatlarının 500 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur.

Hazırda Azərbaycanın 2,5 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən təbii qaz ehtiyatı var. Ölkəmizin proqnozlaşdırılan qaz ehtiyatı isə 3,4 trilyon kubmetrdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək