Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 11 il ötür

Bu vaxtadək “Şahdəniz”dən 86 milyard kubmetrdən çox qaz əldə edilib

Bakı, 15 dekabr, AZƏRTAC

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 11 il keçir. Azərbaycanın neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Məhz ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırıb. İndiyədək “Şahdəniz” yatağından ümumilikdə 86 milyard standart kubmetrdən çox qaz əldə edilib. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur. “Şahdəniz-2” çərçivəsində isə 5 quyu artıq tamamlanıb və 9 hasilat quyusu qazılıb.

“Şahdəniz” qaz-kondensat yatığının kəşfi

Neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda isə ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.

2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verilib. Quyunun gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olub. Həmin quyunun yerləşdiyi sahədə dənizin dərinliyi 100 metr, quyunun dərinliyi isə 6 min 500 metr təşkil edib. Bu hadisə Azərbaycanın neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı olub.

“Şahdəniz-1” üzrə əməliyyatlara elə 2006-cı ildə başlanıb və yataqdan hasilat həyata keçirilib. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilib. 2006-cı ilin sonlarından etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstana və Türkiyəyə çatdırılır. Cari ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olub.

“Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb.

Cari ilin üçüncü rübü ərzində də “Şahdəniz” yatağından Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (Botaş) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. Üç rüb ərzində yataqdan 7,4 milyard standart kubmetr qaz və 1,7 milyon ton (təqribən 14 milyon barrel) kondensat hasil edilib. Hasilata başlanandan bəri isə “Şahdəniz”dən ümumilikdə 86 milyard standart kubmetrdən çox qaz və 21 milyon tondan çox kondensat əldə edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Neft Fondu indiyədək “Şahdəniz”in işlənməsindən 2,5 milyard dollar qazanıb

2007-ci ildən bu il yanvarın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib. Ötən il ərzində isə Dövlət Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub.

Bu ilin ilk doqquz ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 368 milyon dollar əməliyyat xərcləri və təqribən 2,28 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

Cari ilin yanvar-sentyabr aylarında CQBK ilə bağlı fəaliyyətlərə isə təqribən 21 milyon dollar əməliyyat və 636 milyon dollar əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Bəxtiyar Aslanbəyli: “Şahdəniz” Azərbaycan iqtisadiyyatının güclənməsinə və inkişafına mühüm töhfələr verib

“Şahdəniz” qaz-kondensat yatağının əhəmiyyətini AZƏRTAC-a şərh edən “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Şahdəniz” dünyanın ən iri qaz yataqlarından biridir. 2006-cı ildə ilk qaz əldə ediləndən bəri yataq təhlükəsiz və etibarlı şəkildə region bazarlarını qazla təmin edir. Yatağın əməliyyatçısı kimi BP şirkəti bu layihənin çoxsaylı uğurları ilə fəxr edir. “Azəri-Çıraq-Günəşli” (AÇG) ilə yanaşı “Şahdəniz” də ölkə iqtisadiyyatının güclənməsinə və inkişafına mühüm töhfələr verib. Ən başlıcası isə Azərbaycanın digər ölkələrlə yeni ticarət əlaqələri qurmasında böyük rol oynayıb. Bundan sonra isə bu əlaqələr region səviyyəsini aşaraq Avropa ölkələrinə birbaşa çıxışı təmin edəcək. “Şahdəniz”in növbəti mərhələsinin işlənməsi dünyanın ən nəhəng layihələrindəndir. Gələn il “Şahdəniz”in yeni qurğularından ilk qaz əldə ediləcək. İnanırıq ki, bu, Azərbaycanın neft və qaz sənayesinin surətli və uğurlu inkişafına möhtəşəm bir töhfə olacaq”.

Qeyd edək ki, “Şahdəniz” yatağını “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi tərəfdaşları adından BP şirkəti işlədir. “Şahdəniz” struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır.

“Şahdəniz-2” layihəsi çərçivəsində 5 quyu artıq tamamlanıb

“Şahdəniz-2” və ya yatağın tammiqyaslı işlənməsi (YTİ) layihəsi “Şahdəniz-1” layihəsindən hasil olunan illik 9 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir. Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac var. Bundan sonra əlavə kəmər sistemləri “Cənub Qaz Dəhlizi” marşrutu üzrə 6 milyard kubmetr qazı Türkiyəyə, əlavə 10 milyard kubmetr qazı isə Avropadakı bazarlara çatdıracaq. “Şahdəniz” qazı 2 min 500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyə enərək 3 min 500 kilometr məsafə boyunca nəql ediləcək.

Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə iki yeni platforma, 26 qazma quyusu, sualtı avadanlıqlar, Səngəçal terminalının genişləndirilməsi və 500 kilometrlik sualtı boru kəmərləri daxildir. “Şahdəniz-2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində yatağın şimal cinahında 4 quyu, qərb cinahında isə 1 quyu tamamlanıb və 9 hasilat quyusu qazılıb.

Cari ilin üçüncü rübündə “Şahdəniz-2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlərin - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla - ümumilikdə 98 faizdən çoxu tamamlanıb. Bu, layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır. Layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir. Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.

Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşları idi.

“Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. İndiyədək “Şahdəniz-2” üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlərin 92,3 faizi, TANAP boru kəmərinin inşası üzrə işlərin 87,4 faizi, TAP kəmərinin inşası üzrə işlərin isə 60,8 faizi icra edilib.

“Cənub Qaz Dəhlizi” dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. “Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Nihad Budaqov

AZƏRTAC-ın bölmə müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı