Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sankt-Peterburqda Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə inklüziv sərgi açılıb

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajının Baş qərargah binasında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin (AMXM) təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə təşkil olunur.

Əsasən görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş bu inklüziv layihənin muzey təcrübəsində tətbiq olunan bir sıra yenilikləri bütün kateqoriyalı ziyarətçilər üçün də maraqlı olacaq. Belə ki, artıq muzeydə eksponatla tamaşaçı arasındakı “Əllərinizlə toxunmayın!” qadağasına əsaslanan maneə aradan qaldırılır. Vizual təəssüratları taktil üsulla tamamlamaq üçün bu eksponatlara əllə toxunmaq olar və lazımdır (pandemiya ilə bağlı tələbləri nəzərə alaraq, ziyarətçilər birdəfəlik əlcəklərlə təmin olunur).

Sərgidə Leyden (ABŞ) kolleksiyasında qorunub-saxlanılan Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli təqdim olunur. Model ilk dəfə 2018-ci ildə Ermitajda “Rembrandt və Vermeer epoxası. Leyden kolleksiyasının şedevrləri” sərgisində ictimaiyyətə təqdim olunub. Sərginin digər bölməsi Ermitajda qorunub-saxlanılan Pəncikəndin məşhur freskalarına həsr olunub. Belə ki, inklüziv sərgi üçün bu freskalar əsasında hazırlanmış taktil barelyeflər və onların animasiya edilmiş süjetləri hazırlanıb.

Layihənin mühüm hissəsini Altayda “Pazırıq” kurqanından tapılmış tekstil fraqmentlərinin xalçaçılıq texnikalarında hazırlanması təşkil edir. Eksponatların bir hissəsi - yurta üçün keçə örtüyü fraqmentinin replikası Sankt-Peterburq mütəxəssisləri tərəfindən hazırlanıb. Layihənin digər hissəsi isə - dünyanın ən qədim xovlu xalçası hesab edilən “Pazırıq” xalçasının taktil fraqmentləri Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində yaradılıb.

Tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov təmsil ediblər. Sərginin açılışı pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə baş tutub.

Sərgini açan Dövlət Ermitajın direktoru Mixail Piotrovski layihə haqqında məlumat verib, əməkdaşlığa görə Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, sərgidə nümayiş olunan eksponatlardan biri - “Pazırıq” kurqanındakı yurta örtüyünün atlı və ilahi təsviri olan keçə fraqmentinin taktil nümunəsini Bakı muzeyinə hədiyyə edib. Bütün eksponatların mobilliyini qeyd edən M.Piotrovski onların yaxın gələcəkdə bu muzeyin ənənəsinə çevrilmiş Ermitaj günlərində dünyanın bir sıra ölkələrində nümayiş etdiriləcəyini bildirib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərginin açılışında çıxış edərək vurğulayıb ki, 2019-cu ildə AMXM-nin təqdim etdiyi görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş “Sərhədsiz muzey” layihəsi Azərbaycanın muzey işində inklüziv istiqamətdə inkişafın flaqmanına çevrilib. O bildirib ki, AMXM-nin eksperimental laboratoriyasının mütəxəssisləri əsas kimi özündə xovlu və xovsuz toxumanı birləşdirən qədim texnologiyanı istifadə ediblər. Bu texnologiya əsasında bir neçə il əvvəl taktil təəssürat üçün əlçatan olan relyef replikalarının yaradılması işlənib hazırlanıb. 2019-cu ildə bu layihənin təqdimatında UNESCO proqramı çərçivəsində Bakıya ustad dərslər keçmək üçün gəlmiş Dövlət Ermitajının Qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının rəhbəri İqor Malkiel də iştirak edib. O, sözügedən layihədən ilhamlanıb, öz muzeyində bu barədə danışıb və bunun sayəsində əməkdaşlıq yaranıb. İ.Malkiel Ermitajın bu layihəsinin kuratorudur. Ermitajın laboratoriyasında “Pazırıq” xalçası üçün rəng şkalası hazırlanıb, AMXM-nin laboratoriyasında isə müəyyən çalarda yun seçilmiş və iplər təbii boyalarla boyanıb. Bundan sonra AMXM-nin Ənənəvi texnologiya şöbəsində fraqmentlərin çeşniləri yaradılıb və onların əsasında məşhur Ermitaj eksponatının taktil replikaları toxunub.

“Cartier” fransız Zərgərlik-Saat Evinin Rusiya və MDB ölkələrində marketinq və kommunikasiya üzrə direktoru Sergey Vladimiroviç Xiruntsev çıxışında deyib: “Biz şadıq ki, Dövlət Ermitajı insanların fiziki vəziyyətindən asılı olmayaraq dünya incəsənəti şedevrlərinin onlar üçün əlçatan olmasını təmin etmək imkanlarını axtarmaqda davam edir. Bu, Cartier evinin dəyərlərinə və öhdəliklərinə tamamilə uyğundur. Bu təşəbbüsün bir hissəsi olmaq bizim üçün misilsizdir”.

Qeyd edək ki, sərgi dekabrın 12-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək