Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sankt-Peterburqda general Hüseyn Xan Naxçıvanskinin abidəsinin layihəsinin təqdimatı olub

Sankt-Peterburq, 23 dekabr, AZƏRTAC

“Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyi Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun dəstəyi ilə bu şəhərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir və həmvətənimiz, Rusiyanın süvari qoşun generalı Hüseyn Xan Naxçıvanskinin abidəsinin layihəsinin təqdimatını keçirib. Abidənin layihəsi “Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyi tərəfindən hazırlanıb. Bununla əlaqədar, Sankt-Peterburq Hökuməti sərəncam verib. Tədbirdə Sankt-Peterburqun Azərbaycan diasporunun fəalları, alimlər, yazıçılar, Sankt-Peterburqun milli icmalarının rəhbərləri, habelə ictimai xadimlər, tələbələr və gənclər iştirak ediblər.

“Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyinin rəhbəri İdris Qəhrəmanov çıxışında vurğulayıb ki, Azərbaycan diasporunun prioritet vəzifələrindən biri xalqımızın zəngin mədəniyyətini, tarixini və irsini təbliğ etməkdir. O deyib: “Tanınmış sərkərdənin abidəsinin ucaldılması, xatirəsinin əbədiləşdirilməsi Rusiyanın Azərbaycan diasporunun həyatında böyük hadisədir”. İ.Qəhrəmanov bildirib ki, Sankt-Peterburq azərbaycanlıları Heydər Əliyevin Şimal paytaxtına səfərlərini, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərini fəxr və fərəh hissi ilə xatırlayır və Ümummilli Liderin onlar üçün müəyyən etdiyi kursa əməl edirlər.

Hüseyn Xan Naxçıvanskinin Sankt-Peterburqda ucaldılacaq abidəsinin maketi tədbir iştirakçılarına təqdim olunub.

Abidənin müəllifi, Sankt-peterburqlu heykəltəraş Boris Petrov maket üzərində fəaliyyətindən və o dövrə məxsus hansı hərbi atributların əsas götürülməsindən söz açaraq bildirib ki, general geyimi imperator geyiminin surəti olacaq. O, xüsusi vurğulayıb ki, elit süvari hissələrə komandanlıq edən Hüseyn Xan Naxçıvanski Rus İmperiyasının bütün tarixi ərzində yeganə müsəlman general-adyutant, Rusiyanın 15, xarici ölkələrin 9 dövlət mükafatının, o cümlədən 3-cü və 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeninin kavaleri, “İgidliyə görə” Qızıl silahın sahibi olub.

“Lennauçfilm” kinostudiyasının direktoru Anton Smirnov “Salnamə” sənədli filmlər və “Lennauçfilm” kinostudiyalarının birgə istehsalı olan Hüseyn Xan Naxşıvanski haqqında “Şərəf və ləyaqət” filmindən danışıb. Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən natiq bu filmin Azərbaycanda və Rusiya telekanallarında nümayiş olunmasını təklif edib.

Dənizçilərin V.Konetski adına Ədəbi-Bədii Fondunun rəhbəri Tatyana Akulova çıxışında Sankt-Peterburqda Hüseyn Xan Naxçıvanskiyə abidə ucaldılması ilə əlaqədar “Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyinin və onun rəhbəri İ.Qəhrəmanovun fəaliyyətini yüksək qiymətləndirib. O, daha bir azərbaycanlının, rus ordusunun general-mayoru Əliağa Şixlinskinin xatirə gecəsini keçirməyi təklif edib. Natiq vurğulayıb ki, Ə.Şıxlinski o dövrün taktika sahəsində dərin nəzəri və təcrübi biliklərə malik, habelə həmin biliklərin, xüsusən, döyüşdə sınaqdan keçirilməsi sahəsində nadir istedad sahibi olan azsaylı topçularından biridir. Rus artilleriyası döyüş meydanlarında üstünlüyünə görə məhz ona borcludur.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsü Osmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səfir Polad Bülbüloğlunun xoş arzularını və təbriklərini çatdıraraq bildirib ki, bu birlik və həmrəylik Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin öz xalqına mühüm vəsiyyətidir. Sankt-Peterburqda Hüseyn Xan Naxçıvanskiyə abidənin ucaldılması mövzusuna toxunan Q.Osmanov bildirib ki, bu abidə Rusiyada azərbaycanlıların tarixinin təcəssümüdür, onların xatirəsini əbədiləşdirir. O deyib: “Azərbaycan xalqının layiqli oğulları Rusiya dövlətçiliyinin təşəkkülündə dərin iz buraxıblar, onlar fədakarlıq və yaşadıqları ölkənin ideallarına sadiqlik nümunəsinə çevriliblər”. Azərbaycan səfirinin müavini bildirib ki, Rusiyanın tanınmış azərbaycanlılarının xatirəsinin əbədiləşdirilməsində Leyla Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondunun RF nümayəndəliyi böyük rol oynayıb. Fondun təşəbbüsü və dəstəyi ilə Rusiya şəhərlərinin və regionlarının çoxunda Azərbaycan xalqının bir çox layiqli övladlarının abidəsi ucaldılıb, barelyefləri, xatirə lövhələri açılıb. Diplomat vurğulayıb ki, bu abidələr Rusiya və Azərbaycan xalqlarının dostluğunun rəmzidir.

Baş konsul Elşad Qulamov Azərbaycan ilə Sankt-Peterburq arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edərək, Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun bu yaxınlarda Azərbaycana səfərini, səfər çərçivəsində tərəflər arasında ticari-iqtisadi potensialın artırılmasına dair razılaşmalar əldə olunmasını xüsusi vurğulayıb.

Yazıçı, “Qarabağ gündəliyi” kitabının müəllifi Yuri Pompeyev dünyanın üzləşdiyi terror təhlükəsinə toxunaraq vurğulayıb ki, dost Azərbaycan və Rusiya xalqları bu təhlükəyə qarşı birgə mübarizə aparmalı, Rusiya cəmiyyətinin bir hissəsi olan azərbaycanlılar isə bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.

Tədbirdə çıxış edən Azərbaycan diasporunun nümayəndələri də ümidvar olduqlarını bildiriblər ki, Rusiyadakı tanınmış azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini nəzərdə tutan bu xoş ənənə bundan sonra da davam etdiriləcək.

Tədbirin sonunda qonaqlara “Şərəf və ləyaqət“ sənədli filmi nümayiş etdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Latviya Parlamentinin sədri Şuşaya gəlib

Ağsu dolaylarında asfalt çöküb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub YENİLƏNİB-2 VİDEO

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib