REGİONLAR
ŞƏKİDƏ YAZ TARLA İŞLƏRİNƏ HAZIRLIQ GENİŞLƏNİR
Şəki rayonunun təsərrüfatlarında yazlıq bitkilər əkininə hazırlıq işləri mütəşəkkil gedir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yazlıq bitkilərin əkini üçün ötən il 4 min hektar sahədə dondurma şumu aparılmışdır və indi torpağın səpinə hazırlanması üçün yaz şumu həyata keçirilir. Bəzi təsərrüfatlarda isə artıq səpinə başlanmışdır.
Bu il tütünçülər keyfiyyətli şitil yetişdirmək məqsədi ilə ümumi sahəsi 30 min kvadratmetrdən çox olan istixanalar hazırlamışlar. Rayonda yeni bitkilərin əkininə də diqqət xeyli artmışdır. Hazırda sahələrdə yonca əkinlərinə peyin və mineral gübrələrin verilməsinə başlanmışdır.
Bu il Şəki Barama toxumu zavodunda yüksək keyfiyyətli yerli toxum cinsləri yetişdirilmişdir.