Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycana tranzit gəlirləri və siyasi zəmanət qazandırır

Tehran, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də geniş tərkibli nümayəndə heyəti ilə İranda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Prezident Həsən Ruhani və digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub. İran Prezidenti ilə görüşdə iki dövlət arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd edilib.

Regionun iki böyük dövləti arasında ticarət dövriyyəsinin artırılması Azərbaycanın da maraqlarına cavab verir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ticarət əlaqələrinin genişlənməsində ilk növbədə nəqliyyat məsələsinin həlli zəruridir. İdxal-ixrac əməliyyatları zamanı yüklərin Azərbaycan üzərindən daşınması demək olar ki, artıq reallaşıb.

İranla Rusiya arasında yükdaşımaların dəmir və avtomobil yolları ilə daşınması daha sərfəlidir

Hazırda Rusiya, Azərbaycan və İranın fəal iştirakçısı olduğu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi 3 seqmentdən ibarətdir. Bunlar dəmir, avtomobil və dəniz yollarıdır. İranla Rusiya arasında yükdaşımaların dəmir və avtomobil yolları ilə daşınması daha sərfəlidir. Yüklərin Xəzər dənizi vasitəsilə daşınması isə vaxt aparır və baha başa gəlir. Rusiyanın Həştərxan limanından çıxan yük gəmisi İranın Ənzəli limanına gəldikdən sonra yüklər burada boşaldılır və İranın digər regionlarına aparılması üçün təkrar avtomobillərə və ya vaqonlara yüklənir. Dəmir yolu ilə daşındıqda isə yüklər birbaşa nəzərdə tutulmuş məntəqəyə çatdırılır.

Təsadüfi deyil ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətti tikilib istifadəyə verildikdən sonra İran ilə Rusiya arasındakı ticarət dövriyyəsində artım müşahidə edilib. Əgər 2018-ci ildə bu ölkələr arasındakı ticarət dövriyyəsi 1 milyard 741 milyon dollar olmuşdursa, ötən ilin yanvar-sentyabr aylarında yükdaşımalar 2 dəfə artıb.

Azərbaycan-Rusiya-İran: üçtərəfli formatda əməkdaşlıq əlaqələrinin əsası Bakıda qoyulub

2016-cı ilin avqustunda Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü olub və üçtərəfli formatda əməkdaşlıq əlaqələrinin əsası qoyulub. Bu əməkdaşlıq çərçivəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması və birgə istifadəsi də müzakirə edilib. Azərbaycan Prezidentinin bu addımı heç də təsadüfi xarakter daşımırdı. Əvvəla onu qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirməkdən ibarətdir. Prezident İlham Əliyev logistikanın müasir dünyada əhəmiyyətini nəzərə alaraq dəhlizin Azərbaycandan keçməsini və yüklərin ölkəmizin üzərindən daşınmasına nail oldu. Burada söhbət təkcə İranla Rusiya arasında olan yükdaşımalardan getmir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan və Çinlə yanaşı, Cənub-Şərqi Asiya ölkələrini də çətinliklərdən xilas edir

Hindistan və Çinin artan iqtisadiyyatı ixrac potensialını da artırır ki, bu da Avropa ilə yeni nəqliyyat marşrutunun yaradılması zərurətini yaradır. Hindistan və Çinlə yanaşı, Cənub-Şərqi Asiya ölkələri də Avropa və Rusiya ilə daha qısa və ucuz başa gələn yükdaşıma dəhlizinin yaranmasında maraqlıdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu dövlətlərin tələbatını ödəmək imkanına malikdir. Bu gün təkcə Çin ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 450 milyard dollardan çoxdur. Yüklərin Avropaya göndərilməsi və əks istiqamətdə daşınması çox vaxt aparmaqla yanaşı, həm də baha başa gəlir. Gəmilər Mumbaydən çıxaraq Süveyş kanalı və Cəbəllütariq Boğazından istifadə edərək Avropaya gedirlər. Demək olar ki, bu gəmilər dünyanın yarısını dolanaraq yükləri mənzil başına 60 günə çatdırır və onlarla gömrük rəsmləşdirilməsi, eləcə də milyonlarla dollar rüsum və tranzit haqqı ödəmək məcburiyyətində qalırlar. Lakin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi adıçəkilən dövlətləri bu çətinliklərdən xilas edir. Belə ki, yüklər Hindistan və Çindən gəmilərlə İranın Sakit Okean sahilindəki Çabahar və Körfəz sahilindəki Bəndər Abbas limanlarına daxil olur. Buradan isə qatarlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiya və Finlandiyaya çatdırılır. Bu marşrut məsafəni 60 gündən 15 günə, nəqliyyat xərclərini isə 2 dəfə azaldır. Təsadüfi deyil ki, Hindistan İranın Çabahar limanın yenidən qurulmasına və texniki təchizatına 2 milyard dollar sərmayə qoyaraq dəstək verir.

Onu da qeyd etmək lazımdır ki, Avropadakı müttəfiqlərinin marağını və Əfqanıstanı nəzarətdə saxlamaq üçün onun iqtisadiyyatının dirçəlməsini nəzərə alan ABŞ Çabahar limanını sanksiyalardan azad edib.

Azərbaycan tranzit nəqliyyat qovşağına çevrilir

Beləliklə, yuxarıda deyilənləri nəzərə alaraq qeyd etmək yerinə düşər ki, Rusiya Dövlət Dumasının sədri V.Volodinin İrana səfəri zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də müzakirə ediləcək. Rusiya və İranın bu dəhlizin tam olaraq işə düşməsində maraqlı olmaları bunu deməyə əsas verir ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam istismara verildikdən sonra Azərbaycan tranzit nəqliyyat qovşağına çevriləcək. Yolun Qəzvin-Rəşt hissəsi artıq istifadəyə verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Ümumiyyətlə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin hər 3 seqmenti Azərbaycandan keçir. Bu isə ölkəmizə tranzit gəlirləri ilə yanaşı, həm də siyasi zəmanət qazandırır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı