Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

SOCAR İtaliya şirkətləri ilə 2 mühəndislik, təchizat və tikinti sazişi imzalayıb

Bakı, 3 fevral, AZƏRTAC

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiya və yenidənqurma layihəsi çərçivəsində “Maire Tecnimont S.p.A.” qrupunun törəmələri olan “Tecnimont S.p.A.” və “KT-Kinetics Technology S.p.A.” şirkətləri ilə 2 mühəndislik, təchizat və tikinti (EPC) sazişi imzalanıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari, “Maire Tecnimont” qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Fabrizio Di Amato, “Maire Tecnimont” qrupunun baş icraçı direktoru Pierroberto Folgiero və şirkətlərin digər rəhbər şəxsləri iştirak ediblər.

Sazişlər Heydər Əliyev adına NEZ-də istehsal olunan benzinin keyfiyyətinin “Avro-5” standartına yüksəldilməsində həlledici əhəmiyyətə malik Katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi qurğusunun və LPG (maye qaz) merkaptan oksidləşdirici qurğusunun, Aminlə təmizlənmə və LPG-nin ilkin emalı qurğularının quraşdırılmasını əhatə edir. Qeyd edək ki, “Tecnimont” və “KT-Kinetics Technology” şirkətləri digər qurğulara dair tenderin qalibi seçilərək 2018-ci ildə imzalanmış EPC sazişinə əsasən artıq bu zavodun modernizasiyası layihəsində birgə fəaliyyət göstərir.

Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.

Bu, “Maire Tecnimont” qrupunun əsas fəaliyyət sahəsində mühüm bir mərhələdir, belə ki, sazişlər qrupun Azərbaycan bazarında və emal sektorunda mövqeyinin möhkəmlənməsinə imkan verir. Bundan əlavə, qrupun unikal qabiliyyətlərinin, texnoloji təcrübəsinin və EPC podratçılar arasındakı sinerjisinin gücləndirilməsi istiqamətində fəaliyyətini təsdiqləyir.

R.Abdullayev deyib: “SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu Cənubi Qafqaz regionunda yeganə neft emalı kompleksi kimi böyük rol oynayır. Zavod regionun yanacaq təchizatını həyata keçirir və SOCAR-ın neft-kimya müəssisələrini xammal ilə təmin edir. NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq “Avro-5” standartına uyğunlaşdıracaq, eyni zamanda, Azərbaycanın neft-kimya sənayesi üçün davamlı və səmərəli xammal bazası yaradacaq. Yenidənqurma işləri iqtisadi və ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır və şəhərlərimizdə həyat keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. Biz dəfələrlə dost münasibətini gördüyümüz İtaliyanın yaradıcı və istedadlı ruhunu özündə daşıyan tanınmış “Maire Tecnimont” qrupu ilə bu alicənab məqsəd naminə əməkdaşlıq etməkdən məmnunuq”.

“Maire Tecnimont”un baş icraçı direktoru P.Folgiero qeyd edib: “Texnoloji təcrübəmizi bir daha SOCAR kimi tarixi və nüfuzlu bir sifarişçinin xidmətinə təqdim etməkdən və bununla da Azərbaycanın daunstrim dəyər zəncirində daha böyük bir dəyərin açılmasına yönəlmiş uzunmüddətli, uğurlu əməkdaşlığımızı möhkəmləndirməkdən həqiqətən şərəf duyuruq. Bu nailiyyət qarşılıqlı faydalı münasibətlərimizi genişləndirməyə imkan verir və texnologiyaya əsaslanan strategiyamızın etibarlılığını təsdiq edəcək gələcək inkişafa yol açır”.

Milan Fond Birjasında qeydə alınmış “Maire Tecnimont S.p.A.” təbii ehtiyatların emalı üzrə qlobal sənayenin (texnoloji və icra təcrübəsinə malik daunstrim neft və qaz mühəndisliyi) lideri olan bir qrupa başçılıq edir. Onun törəməsi olan “NextChem” enerji keçidinin dəstəklənməsi istiqamətində ekoloji təmiz kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərir. “Maire Tecnimont” qrupu özündə 45 ölkədə fəaliyyət göstərən 50 şirkəti birləşdirir. Qrupun 9100 əməkdaşı var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ-nin müdafiə nazirləri Sinqapurda görüşəcəklər

Fatih Birol: COP29 üzrə danışıqlar təmiz enerjiyə investisiyaların həcmini artırmağa kömək etməlidir

Azərbaycanın Gürcüstandakı səfiri iranlı həmkarına başsağlığı verib

Çində keçmiş məmura rüşvətə görə ömürlük həbs cəzası verilib

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Polşada Avropa tarixinə dair zəngin material verən dəfinə tapılıb

"Sərhədsiz incəsənət" sərgisi açılıb

Srebrenitsa soyqırımının şahidləri BMT-nin qətnaməsini alqışlayırlar

Milli Oftalmologiya Mərkəzi Yevlax sakinləri ücün tibbi aksiya keçirəcək

Tayani: İtaliya Serbiyanın Aİ-yə üzv olmasını dəstəkləyəcək

Kubada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Elmin populyarlaşdirilmasi istiqamətində növbəti mühazirə oxunub

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib

Naxçıvan məhsulları “Russia Halal Expo 2024” sərgisində nümayiş olunub

Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib

Fransanın Yeni Kaledoniya siyasəti xarici KİV-də tənqid edilir

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

Azərbaycan Rəngkarlığı Muzeyində “Azadlığa monument” adlı qrup sərgisi açılıb

"Sabah"ın baş məşqçisi: Oyunçularım komanda şəklində mübarizə apardılar

"Avro-2024": Türkiyə millisinin geniş heyəti açıqlanıb

Bakıda Gürcüstanın milli bayramı qeyd olunub

Avroliqada “Dördlər finalı”: "Fənərbağça Beko" “Panathinaikos"a məğlub olaraq final şansını itirib

Rumıniyada NATO-nun “Dacian Strike 24” hərbi təlimi başlayıb

Emin Əmrullayev: Azərbaycanda basketbola maraq günü-gündən artır

Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

® ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

® Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına vəsiqə qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

Azərbaycan qadın voleybol millisi Rumıniyaya məğlub olub

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş etdirilib

ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə telefonla danışıb

Fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun tarixi açıqlanıb

ADNSU-da şəhid məzunun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib VİDEO

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!