Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sofiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Sofiya, 7 aprel, AZƏRTAC

Sofiya Milli İncəsənət Qalereyasında Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstan Milli İncəsənət Qalereyası və bu ölkədə fəaliyyət göstərən “Rila Style” şirkətinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Sehrli rənglərin kainatı” adlı sərgi təşkil olunub.

Sərgidə Bolqarıstanın Prezident Administrasiyasının, Vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri iştirak edib.

Sərginin açılışında Bolqarıstan Milli İncəsənət Qalereyasının direktoru Slava İvanova, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, Azərbaycan Dövlət Rəsm Qalereyasının Direktoru Qalib Qasımov və “Rila Style” şirkətinin rəhbəri Rauf Axundov çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan Milli İncəsənət Qalereyasının direktoru Slava İvanova bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Səfir Nərgiz Qurbanova sərginin bolqar sənətsevərlər üçün Azərbaycan incəsənətinin rəngarəngliyindən zövq almağa imkan yaradacağını qeyd edib. Ölkəmizin mədəniyyəti barədə məlumat verən diplomat Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələrinin e.ə. IIIV minilliyə aid olduğunu, 40 min il yaşı olan Qobustan qayaüstü rəsmlərinin təsviri incəsənətin qədim nümunələri kimi müstəsna əhəmiyyət daşıdığını bildirib. Qədim insanların ovçuluq, heyvandarlıq, eləcə də rəqs səhnələrinin qayalar üzərinə məharətlə həkk edildiyini söyləyən səfir 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildiyini deyib.

Azərbaycanda müasir incəsənətin vəziyyəti barədə məlumat verən N.Qurbanova hazırda ölkəmizdə 250-dən çox dövlət və özəl muzeyin, o cümlədən 35 dövlət və 12 özəl rəsmi qalereyasının mövcudluğundan danışıb. 2009-cu ildə Bakıda fəaliyyətə başlayan Müasir İncəsənət Muzeyini xüsusilə qeyd edən diplomat burada Azərbaycanın avanqard rəssamlarının 800-dən çox əsərinin nümayiş edildiyindən bəhs edib. Muzeyin konsepsiyasının maraqlı olduğunu vurğulayan N.Qurbanova burada küncsüz zalların, açıq keçidlərin, maili divarların olduğunu qeyd edib, binanın “Unudulmuş pilləkən” incəsənət nümunəsi kimi dizayn edildiyini diqqətə çatdırıb.

Diplomat Bakının müasir incəsənətin təbliği, nümayiş etdirilməsi və inkişafı üçün platformalar kimi xidmət edən yeni məkanlarla zəngin olduğunu bildirib və əlavə edib ki, Azərbaycanda ilk qeyri-kommersiya müasir incəsənət təşkilatı olan “YARAT” Müasir İncəsənət Məkanı müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.

Tədbirdə sərginin açılışında çıxış edən nazirliyin sektor müdiri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunmasının rəmzi məna daşıdığını qeyd edib.

O, sərgidə Azərbaycanının tanınmış rəssamları Cavad Mircavadov, Mirnadir Zeynalov, Eldar Məmmədov, Yavər Sultanov və Vüqar Muradovun çoxcəhətli yaradıcılığından seçmə nümunələrin nümayiş olunduğunu bildirib. C.Mircavadovun Azərbaycanda Abşeron rəssamlıq məktəbi deyilən xüsusi bir cərəyanın əsasını qoyduğunu vurğulayan Q.Qasımov onun adının ötən əsrin altmışıncı və yetmişinci illərinin ən tanınmış nümayəndələri ilə bir sırada çəkildiyini əlavə edib.

Daha sonra rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəsm Qalereyasının 45 il bundan əvvəl yaradıldığını, qalereyanın kolleksiyasında 12.000-dən çox əsərin yer aldığını diqqətə çatdırıb.

İki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq üçün əsas olduğunu vurğulayan Qalib Qasımov incəsənət sahəsində qurulan dialoqun gələcəkdə başqa sahələrdə də uğurla davam və inkişaf etdirilə biləcəyinə inamını ifadə edib.

“Rila Style” şirkətinin rəhbəri Rauf Axundov 1971-ci ildən rəhbərlik etdiyi şirkətin müasir Bolqarıstan ictimaiyyətini Azərbaycan rəssamları barədə məlumatlandırmağa qərar verdiyini qeyd edib. O, sərginin Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində təşkil olunmasının əlamətdar olduğunu, onun ümummilli lider Heydər Əliyevin 23 il öncə Bolqarıstana səfəri zamanı əsası qoyulmuş dostluq və əməkdaşlıq ənənəsinin davamı olduğunu söyləyib.

Sərgi mayın 21-dək davam edəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr olunan Karyera Festivalı keçirilir

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib VİDEO

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb