RƏSMİ XRONİKA
TAİLANDIN KRALI ƏLAHƏZRƏT BHUMİBOL ADULYADEJƏ
Əlahəzrət,
Tailandın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan-Tailand münasibətlərinin hərtərəfli inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə edərək, dost ölkələrimiz arasında əməkdaşlıq sahəsində daha böyük irəliləyişlərə nail olacağıq.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
29 noyabr 2007-ci il.