MƏDƏNİYYƏT
Tanınmış kamança ifaçısı Arif Əsədullayevin 70 illiyi qeyd edilib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 22-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış kamança ustası, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin 70 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BMA-nın prorektoru Gülnaz Abdullazadə, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Nuridə İsmayılzadə və aparıcı elmi işçi Ariz Abduləliyev çıxış edərək həyatının 50 ildən çoxunu sənətə həsr edən ifaçının yaradıcılığından, pedaqoji fəaliyyətindən danışıblar. Yubilyarı təbrik edən natiqlər ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Arif Əsədullayev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Tədbir çərçivəsində yubilyar elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]