Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

TAP: İlin sonunadək qaz kəməri üzrə boruların 50 faizi qaynaqlanacaq

Bakı, 6 iyun, Nihad Budaqov, AZƏRTAC

Bu ilin sonunadək Azərbaycan təbii qazının Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə boruların 50 faizinin qaynaq edilməsi nəzərdə tutulur.

AZƏRTAC TAP-ın “twitter” səhifəsinə istinadla xəbər verir ki, indiyədək TAP-ın ümumilikdə 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boruların 22 faizi qaynaqlanıb.

Qeyd edək ki, TAP qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Boru kəmərinin inşası üzrə işlərin 42 faizi icra edilib.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsi üçün lazım olan 32 min borunun təqribən 66 faizi tikinti sahələrinə çatdırılıb. Həmin boruların ümumi çəkisi 323 min tondur. Bu ölkədə TAP kəməri marşrutu üzrə indiyədək 270 kilometr ərazi təmizlənib, xətt boyunca 234 kilometr boru düzülüb. Boruların 203 kilometri qaynaq edilib. Eyni zamanda, 165 kilometr xəndək qazılıb, 134 kilometrlik hissədə borular xəndəyə endirilib. Artıq xəttin 115 kilometrlik hissəsində borular qaynaq edilərək torpağa basdırılıb. Xətt boyunca 21 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.

Hazırda Yunanıstanda layihə üzrə 2 min 500 nəfər çalışır. Onlardan 400-ü arxeoloq və bu sahədə ixtisaslaşmış işçilərdir. Layihənin həyata keçirilməsinə 176 yunan şirkəti cəlb olunub.

Boru kəmərinin inşası çərçivəsində Yunanıstanda ilk hidrosınaq bu ay uğurla başa çatıb. Bu sınaq kəmərin təhlükəsizliyini yoxlamaq üçün metoddur. Belə ki, boru kəməri su ilə doldurulur və ona nəzərdə tutulan təzyiqindən daha çox təzyiq vurulur. Hidrosınaq boru kəmərinin Yunanıstan üzrə ilk 1,4 kilometrlik hissəsini əhatə edib.

TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin inşasında istifadə ediləcək təxminən 13 min borunun indiyədək 85 faizi sahələrə təhvil verilib. Ötən ilin aprelindən etibarən TAP-ın Albaniya hissəsinin tikintisində istifadə olunacaq borular Durres limanına gəlməkdə davam edir. Həmin boruların ümumi çəkisi 126 min tondur. İndiyədək Albaniyada TAP kəməri marşrutu üzrə 98 kilometr ərazi təmizlənib, 84 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 71 kilometri qaynaq edilib. Təxminən 50 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb.

Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi isə artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək. Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

TAP-ın Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutu boyunca ərazinin 358 kilometri - təxminən 45 faizdən çoxu təmizlənib.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisinə artıq başlanılıb. Kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) üzrə podratçı - İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi tikinti işlərinə başlayıb. Hazırda ərazilərdə torpaq təmizləmə işləri görülür, həmçinin lazımi materiallar sahələrə çatdırılır. İşlər qrafik üzrə aparılır. Bundan başqa, Fierdə 4 minədək daş sütunun yığılması qrafikə uyğun olaraq başlayıb. Stansiyaların inşası təxminən iki il ərzində fasiləsiz həyata keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilir və bu ilin sonuna kimi təhvil veriləcək.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moldova Respublikasının Prezidenti Maya Sandudan

UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarradan

Kambocanın Kralı Norodom Sihamonidən

Toxum qumla qarışdırılaraq səpilir, hektara 1 tona məhsul verir - Küncüt sahəsindən reportaj

“Araz-Naxçıvan” yeni qapıçı transfer edib

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

“Qəbələ”dən ayrılan futbolçu: Düşünməsinlər ki, I Liqada oynamağı özümə sığışdırmadım

Sumqayıtda mikrorayonların kəsişməsində qanunsuz hasarlamanın qarşısı alınıb

ANAMA və BMTİP arasında niyyət bəyannaməsi imzalanıb

Nazir Ceyhun Bayramov Pakistan tərəfini Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə məlumatlandırıb

Qax Peşə Liseyində “Açıq qapı” günü təşkil edilib

Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

Şuşaya növbəti köç: daha 15 ailə doğma yurduna çatıb

Paytaxtda I sinfə qəbulla bağlı 30 min 597 sorğu yerləşdirilib

Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

Bakıda havanın temperaturu 33 dərəcəyə yüksələcək

Nümayəndə: Azərbaycanlı tələbələri Dünya Barış Universitetinin təqaüd imkanlarından faydalanmağa dəvət edirik

Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir

Maradonanı müalicə edən səkkiz həkimin məhkəməsi təxirə salınıb

Qazaxıstanda 17,6 min yetim uşaq ailələr tərəfindən övladlığa götürülüb

Ötən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,5 milyon manatdan çox pul ödənilib

Azərbaycanın daha dörd idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb

Ayxan Abbasov: “Turan Tovuz” rəhbərliyi heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı - MÜSAHİBƏ

“Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” - tədbir

Səfir: Azərbaycan Özbəkistan üçün etibarlı tərəfdaşdır

Amerikalı general: ABŞ ilə Azərbaycan sülhü və stabilliyi gücləndirmək naminə birgə səy göstərir

“28 May” stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək

Nazim Çavuşoğlu: Şimali Kipr Türk Respublikası universitetləri üçün azərbaycanlı tələbələr çox önəmlidir

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub

Azərbaycan Prezidentinin gördüyü qətiyyətli işlər cəmiyyətdə böyük inam yaradıb ŞƏRH

Venerada daha çox vulkan kəşf edilib

Tərəkəmə yurdu folklor beynəlxalq festival keçiriləcək

Britaniya parlamenti seçkilər ərəfəsində işini dayandırıb

AFFA İntizam Komitəsi “Neftçi” və “Sabah” klublarını böyük məbləğdə cərimələyib

Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq

Məleykə Abbaszadə: İyul ayında Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

TikTok canlı yayımlardan pul qazanmaq üçün yeni qaydalar təqdim edib

Aprel ayında 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib

NASA Dinkineş asteroidinin müfəssəl fotoşəkillərini təqdim edib

Bakıda “Ümumdünya Aeronaviqasiya Sammiti 2024” və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək

ABŞ Dövlət Departamentinin rəsmisi: Azərbaycanla gələcək əməkdaşlıqlar üçün böyük ümidlərimiz var VİDEO

İrəvanın mərkəzində etiraz aksiyası başlayıb VİDEO

Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini qınayıb

Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanılıb

“Şimal” klubu UEFA Region Kubokunda mübarizə aparacaq

Məktəblilər “Ədibin Evi”ndə istiqlal tariximizi müzakirə ediblər

DİM: Ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var

“Business Ready” layihəsinin 2024-cü il üzrə Yol xəritəsinə dəyişikliklər bu ilin payızında hazır olacaq

Bakı Enerji Forumunda COP29-a həsr olunan xüsusi sessiya keçiriləcək

Bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxslər müəyyənləşdirilib

Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans

ANAMA: Azad edilmiş ərazilərdə 10 min kvadratkilometrdən çox sahə mina və partlamamış hərbi sursatlarla çirklənib

İran rəsmiləri: Helikopter qəzasında sabotaj izi tapılmayıb

Azərbaycan millisinin voleybolçusu: Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu

Prokurorluq işçiləri Gəncədə ağacəkmə kampaniyasında iştirak ediblər

Məleykə Abbaszadə: Builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib

Azərbaycan Müdafiə Nazirliyinin və DSX-nin rəhbərliyi "Efes-2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edəcək VİDEO

NATO-nun bəzi ölkələri Ukrayna üçün 100 milyard avroluq fondun yaradılmasına qarşıdır

Lənkəranda nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib

Alimlər bürclərin insan həyatına təsiri iddialarını təkzib ediblər

Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib

Türkiyənin əmək və sosial müdafiə naziri Şəhidlər xiyabanını ziyarət edib

MEK-də “Azərbaycanın Mil-Qarabağ bölgəsinin İlk Tunc dövrü maddi mədəniyyəti” kitabı təqdim edilib

İranda prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb

Azərbaycan Prezidenti: Torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət kəsb edir

Coşua Hak: Dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh səylərinə xüsusi diqqət yetirir

Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib - YENİLƏNİB VİDEO

Prezident: Müharibənin 2020-ci ildə başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub

Media sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivləri müzakirə edilib

“Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilir - YENİLƏNİB

Ermənistan polisi hökumət binasının qarşısına böyük qüvvə yığıb

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib

Piramidaların ətrafında tapılan Nilin qurumuş qolu alimlərin mübahisələrinə səbəb olub

Qəsdən adam öldürməkdə şübhəli bilinən qadın tutulub

Çinin Sian Şiyu Universitetinin rektoru BANM-də

Azərbaycan Kuboku: Final oyununa satılmış biletlərin sayı açıqlanıb

Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb

İyunun 2-də 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək

“Avro-2026”: Futzal üzrə Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri bəlli olur

Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür

DİM ilə İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur

Azadlıq prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xocalıya qayıdış: Azərbaycan Prezidentinin verdiyi hər bir söz reallaşır ŞƏRH

Gəncə Şəhər Prokurorluğunda “Açıq qapı günü”

BDU və Kumamoto Universiteti əməkdaşlıq edəcək

FHN Buzovna neft terminalı çənlər parkında yanğın-taktiki təlim keçirib

Qazaxıstan hökuməti Türkistan şəhərinə xüsusi status verib

AzMİU-da Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil sahəsi üzrə nümayəndə heyəti ilə görüş olub

AQTA “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlayıb

Azərbaycan İdman Akademiyasında “Məzun Günü” keçirilib

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən

DİN: Ötən gün də 1 avtomat və 3 tüfəng təhvil götürülüb

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Qobustanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı məlumatlandırma tədbiri keçirilib