REGİONLAR
TAXIL YIĞIMI UĞURLA DAVAM ETDİRİLİR
Milli Məclisin Aqrar siyasət daimi komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2004-cü ildə taxıl biçininin əvvəlindən bu günə qədər aran və dağətəyi rayonlarından 1 milyon 827 min tona yaxın dənli və paxlalı bitki məhsulu yığılmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 271 min ton çoxdur. Qarğıdalı istisna olmaqla, səpilən 781 min hektar əkin sahəsinin 713 min hektarında artıq biçin başa çatmışdır. Hər hektardan məhsuldarlıq orta hesabla 25,6 sentner olmuşdur. Naxçıvan Muxtar Respublikasında zəmilərin hər hektarının orta məhsuldarlığı 36,8 sentner təşkil edir. Yaxın günlərdə dağ rayonlarında da biçin başa çatacaqdır. Bununla da ümumi məhsulun 2 milyon tondan çox olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]