Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Tədavüldən çıxarılmış pul nişanlarının (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydaları”nın təsdiqi və “Tədavüldən çıxarılmış kağız və metal pul nişanlarının məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 iyul tarixli 333-25 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının 2.4-cü bəndinə uyğun olaraq və “Tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 2293 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 avqust tarixli 4025 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tədavüldən çıxarılmış pul nişanlarının (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Tədavüldən çıxarılmış kağız və metal pul nişanlarının məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 iyul tarixli 333-25 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 noyabr 2023-cü il

№ 394

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin