İQTİSADİYYAT
TİKİLMƏKDƏ OLAN MÜƏSSİSƏDƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
“Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal tikintisi sürətlə davam edən və bu ayın sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan İmişli şəkər zavodunda fəhlə və qulluqçulara iftar süfrəsi açmışdır. O, süfrə arxasında 500-dən çox inşaatcı və quraşdırıcı ilə səmimi söhbət etmiş, başçılıq etdiyi şirkətlər qrupunun yaranma tarixi və fəaliyyətindən danışmışdır.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev öz sərmayəsi ilə resublikamızın regionlarında bir sıra mühüm obyektlər yaradan, iqtisadiyyatımızın inkişafında xidmətləri olan “Azərsun Holdinq”in prezidentinə mühüm əhəmiyyəti olan bir layihəni bu rayonda reallaşdırdığına görə təşəkkürünü bildirmişdir.
Azərbaycan Aşıqlar Birliyinin üzvləri iftar süfrəsinə toplaşanları nəğmələrlə salamlamışlar.