Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tofiq Abbasov: Heydər Əliyev hakimiyyətə gəlməklə iqtisadiyyatı dirçəltdi, beynəlxalq sistemdə Azərbaycanın yerini müəyyən etdi

Tofiq Abbasov: Heydər Əliyev hakimiyyətə gəlməklə iqtisadiyyatı dirçəltdi, beynəlxalq sistemdə Azərbaycanın yerini müəyyən etdi

Ulu Öndərin tövsiyəsi: Mətbuat katibi hakimiyyətin cəmiyyətdəki nümayəndəsi olmalıdır

Bakı, Laçın Sultanova, 3 aprel, AZƏRTAC

Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının direktoru, siyasi şərhçi, Ümummilli Lider Heydər Əliyevin ilk mətbuat katibi olmuş Tofiq Abbasov Ulu Öndər ilə işlədiyi dövrlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Tofiq müəllim, siz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra onun ilk mətbuat katibi, Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri işləmisiniz. Həmin dövrü necə xatırlayırsınız?

- Həmin dövr çox ağır idi. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı təhdidlərlə üzləşmişdi. Müstəqilliyini yeni bərpa etmiş məmləkət ilk növbədə çalışırdı ki, xaricdən olan təhdidlərə davam gətirsin. Çünki Ermənistan Azərbaycan ərazilərinə göz dikdiyini artıq heç kəsdən gizlətmirdi - tarixi torpaqlarımız olan Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi məsələsi gündəmə gətirilmişdi. Beynəlxalq güclər Ermənistanın bu istəyinə ciddi rəvac verirdilər. Təbii ki, Azərbaycanda daxili ictimai-siyasi şərait o qədər də qənaətbəxş deyildi. Çünki ilk növbədə bir deyil, bir neçə - Ayaz Mütəllibovun, onu əvəz etmiş parlament sədri Yaqub Məmmədovun, ondan sonra yenidən Ayaz Mütəllibovun qısa müddətə qayıdışı, nəhayət, Xalq Cəbhəsi-Müsavat birləşməsinin hakimiyyət dövrü bir qayda olaraq böyük boşluqlarla müşayiət edilirdi. İlk növbədə, problemli vəziyyətlərlə bağlı hakimiyyət strukturlarının özünün ciddi bir yanaşması yox idi. Yanaşma var idisə, onlar tutarlı cavablar tapa bilmirdilər. Alqoritmlə işləyə bilmirdilər ki, lazımi mexanizmləri tətbiq etsinlər və artmaqda olan çətinlikləri aradan qaldırsınlar.

Digər tərəfdən, ölkə daxilindəki boşluqlardan, ictimai-siyasi böhrandan sui-istifadə edən xarici qüvvələr var idi. 1991-ci ildə Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri seçildikdən sonra Bakıda bir qədər bədgümanlıq formalaşmağa başlamışdı. Siyasi qüvvələr anlayırdılar ki, xalq məhz Heydər Əliyevə rəğbət göstərir. Çünki insanlar bilirdilər ki, 1987-ci ildə Heydər Əliyevin Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılması məhz dünya erməniliyinin fitnə-fəsadı, ermənilərin hiyləgər planları ilə bilavasitə əlaqəli idi. Ona görə də Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə əlaqədar birbaşa olaraq həm Ermənistanda, həm də dünyada “miatsum” şüarı meydana çıxdı. Sirr deyildi ki, dünyanın müxtəlif bölgələrindən çoxsaylı muzdlular, könüllülər ermənilərə köməyə gəlirdilər. Onların çoxu kriminal ünsürlər idi. Bir çoxu vaxtilə törətdiyi cinayətlərə görə həbsdə idi. Onları dünya ermənilərinin siyasi aləmdə olan nüfuzu, maddi imkanları hesabına həbsdən buraxmışdılar ki, Azərbaycan torpaqlarında Qarabağ uğrunda ədalətsiz silahlı mübarizəyə başlasınlar.

Təbii ki, Naxçıvanda bu proseslərin əks-sədası hiss olunurdu. Yaxşı xatırlayırıq, Naxçıvanda Heydər Əliyev hakimiyyətə gəldikdən sonra orada müqavimət potensialı formalaşdı. Ermənilər xüsusilə Sədərək istiqamətində çalışırdılar ki, o bölgədə sabitliyi pozsunlar, Azərbaycanla Türkiyə arasında əlaqələri qırsınlar, Naxçıvanı blokada şəraitində saxlasınlar. Buna baxmayaraq, Heydər Əliyev o ağır vəziyyətin, çətinliklərin qarşısını çox məharətlə ala bilmişdi. Digər tərəfdən də ərzaq qıtlığı, elektrik çatışmazlığı və s. hamısı tez bir zamanda həllini tapmışdı. Çünki istər-istəməz İran və Türkiyə Naxçıvana dəstək göstərirdilər. O da ilk növbədə Heydər Əliyevin nüfuzuna göstərilən münasibət və diqqət idi.

Bakıda Heydər Əliyev amilindən çəkinənlər, qorxanlar hakimiyyət boşluğunu, daxili böhranı bir qədər də dərinləşdirməyə çalışırdılar ki, Azərbaycan ya öz suverenliyini itirsin, ya parçalansın, ya da onların dayaq nöqtələri güclənsin. Həmin dövrdə bütün əhali, xüsusilə Bakıda yaşayanlar “bilavasitə Heydər Əliyev gəlməsə vəziyyət düzəlməyəcək” düşüncəsini tez-tez ifadə edirdi. O dövrdə mən Azərbaycan televiziyasında studiya rəhbəri - Bakı studiyasının direktoru idim. Biz tez-tez, heç olmasa, həftədə bir-iki dəfə şəhərdə sorğular keçirirdik. İnsanların istəyini, gözləntilərini efirə verirdik. Bilirdik ki, insanlar məhz Heydər Əliyevin qayıdışını istəyirlər.

Heç yadımdan çıxmaz, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının yaxınlığında müxbir postu qurmuşduq və orada gəlib-gedən insanlar açıq mikrofon formatında istəklərini, düşüncələrini bildirirdilər. Biz həmin çəkilişləri heç bir ixtisar olmadan efirə verirdik. Bir qayda olaraq onların hamısı “Heydər Əliyev” deyərək gözləntilərini ifadə edirdilər.

Nəhayət, məlum hadisələrdən sonra Heydər Əliyev Bakıya gəldi, onun ikinci qayıdışı baş tutdu. Parlamentə sədr seçildikdən sonra bilavasitə vəziyyət köklü surətdə dəyişməyə başladı. İlk növbədə, insanların ümidləri özlərinə qaytarıldı. Yəni, insanlar başa düşdülər ki, ön xətdə vəziyyət ağır olsa da, hakimiyyət öz dayaqlarını gücləndirəcək, həm iqtisadi, həm siyasi, həm də mənəvi-psixoloji cəhətdən bu proseslərin qarşısı alınacaq. İstər-istəməz görürdük ki, separatizm meyilləri çox güclü idi. Burada təkcə erməni separatizmi yox, cənubda “Talış-Muğan respublikası” separatizminin, şimalda sadvalçıların baş qaldırmasının şahidi olduq. Ona görə də xalqımız bilirdi ki, bütün bu təhdidlərin hamısına müvafiq cavablar tapa biləcək güclü siyasi lider yalnız Heydər Əliyevdir.

Heydər Əliyev hakimiyyətə gəlməklə insanlara ümidlərini qaytardı, Azərbaycanın iqtisadiyyatını dirçəltdi, xarici siyasəti gücləndirdi və beynəlxalq sistemdə Azərbaycanın yerini müəyyən etdi. Hazırda Azərbaycan regionda söz sahibidir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayır. Bu, Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin siyasətinin nəticəsidir.

- Həmin dövrdə ölkədə mətbuat xidməti institutu hələ təzə formalaşmağa başlayırdı. Ulu Öndər sizi mətbuat katibi vəzifəsinə təyin edəndə hansı tövsiyələri vermişdi?

- Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mənə təklif gəldi ki, onun komandasında mətbuat bölümündə yer alım. Qəribə bir şərait yaşanırdı. İnformasiya bolluğu həqiqətən də özünü əks etdirirdi. Ancaq həqiqətin qıtlığı da onunla paralel olaraq özünü büruzə verirdi. Çünki köhnə hakimiyyətin, yəni AXC-Müsavat birləşməsinin qüvvələri hələ də müqavimətini saxlayırdılar. Digər tərəfdən, mətbuatda onların çoxsaylı dayaq nöqtələri var idi və istər-istəməz yeni qəzetlər, yeni informasiya agentlikləri yaradılmışdı. Bir il ərzində onlar bilavasitə müsavatçılarla cəbhəçilərin həm imkanları hesabına fəaliyyət göstərirdilər, həm də onların təsiri altında idilər. Bu, aydın məsələdir.

Belə olduğu şəraitdə mənim Heydər Əliyev ilə birinci görüşüm AzTV-də oldu. Ulu Öndər xalqa müraciət edəndə biz onunla görüşdük. Sonra mən ondan ayrıca müsahibə də aldım. Daha sonra isə mən Prezident Aparatına dəvət olundum. Onda Heydər Əliyevin xidməti kabineti hələ də parlamentdə idi, amma Prezident Aparatında yeni komanda formalaşırdı. Yəni, kadr siyasəti ilə bağlı orada ciddi yanaşmalar formalaşırdı. Mənə təklif edildi ki, mətbuat xidmətinə rəhbərliyi öz üzərimə götürüm. Açıq etiraf etdim ki, çox güman, mən bu işi bacarmayacağam. Çünki mənim inzibati təcrübəm yox idi. Mən heç vaxt aparat işçisi olmamışam, həmişə yaradıcı kollektivdə işləmişəm. Sonra belə bir vəziyyət yarandı ki, Prezident seçkiləri öncəsi mənə Heydər Əliyev haqqında film çəkmək təklif olundu. Bir saatlıq sənədli film qısa zamanda ərsəyə gətirildi. Filmdə Heydər Əliyevin həyat yolu, siyasi karyerası, Azərbaycana rəhbərliyi dövrü, Siyasi Büroda və SSRİ rəhbərliyindəki fəaliyyəti və nəhayət, Azərbaycana qayıdışı geniş işıqlandırılırdı. Heydər Əliyev filmə baxandan sonra mənimlə görüşdü və çox müsbət münasibətini ifadə etdi. Bildirdi ki, film onun həqiqətən də xoşuna gəlib. Mən təbii ki, həmin film üzərində tək işləməmişdim, rejissor, operator qrupu var idi. Film həqiqətən də uğurlu alınmışdı. Adı “Qayıdış” idi. Heydər Əliyev mənə dedi ki, mənim sənə böyük ümidim var. Güman edirəm ki, biz bir yerdə çalışsaq, pis olmaz.

- Ulu Öndərin əsas tələbi nədən ibarət idi, sizin funksiyalarınıza nələr daxil idi?

- Əsas tövsiyəsi ondan ibarət idi ki, informasiya siyasətində biz önləyici mövqedən çıxış edək. Çünki həmin dövrdə bir sıra qüvvələr Azərbaycan dövlətçiliyinə qarşı fəal işləyirdilər, İranın, Rusiyanın, Qərb blokunun öz marağı, siyasəti var idi. Onlar çalışırdılar ki, Azərbaycanın problemli vəziyyətindən öz maraqları naminə istifadə etsinlər. Ulu Öndər bu proseslərin mahiyyətini mənə izah etdi. Dedi, biz bu proseslərə qarşı elə bir mövqedən çıxış etməliyik ki, xalqımız hər şeydən agah olsun. Onun özünün mətbuatla iş üslubu ona qədər də bəlli idi. Birincisi, Heydər Əliyev mətbuata qarşı çox tələbkar idi. Digər tərəfdən, həmişə gözləntiləri ondan ibarət idi ki, mətbuat prosesləri önləsin, qabaqlasın, vaxtında lazımi mesajların çatdırılmasında bütün imkanlarını dəqiq planlaşdırsın, düzgün təşkilatçılıq etsin. Bundan başqa, Heydər Əliyevin hər gün yeni mesajları səslənirdi, istər parlamentdə, istər mətbuat konfranslarında, istər Bakıdan kənarda çıxışlarında. Biz müxtəlif obyektlərdə olurduq, məsələn, hərbi hissə ərazisində, çünki müharibə gedirdi, çox ağır dönəm idi. Heydər Əliyev, demək olar ki, hər gün çıxış edirdi. Mən çıxışların hamısının informasiya təminatını təşkil edirdim və onların dərhal həmin gün də operativ şəkildə televiziya və digər mətbuat orqanları vasitəsilə auditoriyaya çatdırırdıq. Belə olduqda yüksək tələblərin həyata keçirilməsini təmin edə bilirdik.

İlk növbədə, operativlik məsələsini önə çıxardıq. Digər tərəfdən məlumatların, yeni hakimiyyətin özünün yanaşmalarının, onun konseptual baxışlarının, ideoloji paradiqmalarının hamısını və onların arxasında duran mətləbləri, həqiqətləri də müxtəlif tərzdə cəmiyyətimizə çatdıra bilirdik. Əlbəttə ki, xarici dairələr də bu işlərdən xəbərdar idilər. O dairələrin hamısının öz maraqları var idi və onların mətbuat nümayəndələri də təbii ki, özünəməxsus tərzdə fəaliyyət göstərirdi. Heydər Əliyevin əsas tövsiyəsi o idi ki, mətbuat xidmətinin rəhbəri hakimiyyətin cəmiyyətdəki nümayəndəsi olmalıdır. Bu, yeni hakimiyyət idi. Heydər Əliyev dünya səviyyəsində tanınmış siyasətçi idi, o, artıq yeni reallıqlarda yeni Azərbaycanın qurulması ilə məşğul idi. Bu proseslərdə də müharibə amili ağır təsirlərini göstərirdi. Köhnə hakimiyyətin nümayəndələri kadr sistemində özünəməxsus mövqe tuturdular. Bəziləri sabotajla məşğul idilər, bəziləri əksinə, çalışırdılar ki, vətənpərvərlik ruhu güclənsin.

Milli oyanış məsələsi gündəmdə idi və onun da ən böyük tərənnümçüsü elə Heydər Əliyev özü idi. Hələ sovet dövründə onun azərbaycançılıq ideyasının güclənməsinə nə dərəcədə diqqət yetirməsini yaxşı xatırlayırıq. Müstəqilliyin bərpasından sonra bu proses keyfiyyətcə yeni mərhələyə qalxmışdı. Ona görə də çalışırdıq ki, yeni hakimiyyətin bütün ideoloji sütunlarını gücləndirək, onun paradiqmalarını lazımi qaydada reallaşdıraq və yeni həqiqətləri, baxışları, rəhbərliyin yeni metodikasını insanlara çatdıra bilək. Vəziyyətin çox gərgin olduğunu nəzərə alsaq, hesab edirəm ki, həmin vaxt lazımi tələbləri, demək olar ki, həyata keçirə bilirdik. Əlbəttə, mən özüm çox böyük təcrübə qazandım. Biri var ki, mətbuatda əsgər kimi çalışırsan, biri də var ki, dövlət strukturunda məmur kimi işləyirsən və ilk vəzifən də mətbuatın işini düzgün təşkil etmək, onun qarşısında duran tələbləri yerinə yetirmək və təmsil etdiyin hakimiyyətin də bütün yanaşmalarını insanlara olduğu kimi çatdırmaqdır. Mən bu işlərin hamısında tək deyildim. Həmin xidmətdə işləyən digər həmkarlarımla demək olar ki, çox etibarlı münasibətlər qura bildik.

Mənim funksiyalarımdan biri də mətbuat konfranslarının keçirilməsi idi. Heydər Əliyev Milli Məclisin sədri vəzifəsində işləyərkən mətbuat konfranslarını bəzən axşam saat 22-23 radələrində də təşkil edirdik. Həmişə məndən soruşurdu: “Hamıya demisiniz?”. “Bəli, demişik, gəliblər”, - deyirdim. Hətta mətbuat orqanlarının bəzi nümayəndələrini adları ilə tanıyırdı, istər xariciləri, istərsə də yerli həmkarlarımızı. Ona görə də biləndə ki, hazırlıq işi və koordinasiya düzgün tənzimlənib, “başlayaq”, - deyirdi. Həmişə elə bir mövqedə dayanırdım ki, məni görə bilsin, başlamaq barədə işarə etsin. Sonra bu qayda xarici səfərlərdə də davam etdirildi. Pekində, Parisdə, Moskvada keçirilən mətbuat konfranslarında mənə baxıb sankı “başlaya bilərik?” sualını verirdi. Deyirdim ki, bəli, o zaman danışmağa başlayırdı. Yaxud da mən qısa təqdimat edirdim. Qayda, model belə idi və bu, özünü çox doğruldurdu.

Mən Heydər Əliyevin mətbuatın roluna nə dərəcədə yüksək qiymət verdiyini görürdüm. Sonralar hakimiyyət öz dayaqlarını bərkitdikdən sonra xarici ölkələrə səfərlər başladı. Biz Heydər Əliyev və onun komandası ilə xaricə tez-tez səfərlər edirdik. Mən görürdüm ki, xaricdə də Heydər Əliyev eyni qaydanı üstün tuturdu. Çünki mətbuat nümayəndələri vacib məqamları, mesajları vaxtında tuta bilməli və bu barədə xəbərləri bütün auditoriyaya operativ şəkildə çatdırmalıdılar.

- Heydər Əliyevi həm dövlət başçısı, həm də birbaşa rəhbər kimi necə xatırlayırsınız?

- Daim bir məqam diqqətimi xüsusi cəlb edirdi, onda çox böyük, tükənməz enerji var idi. Digər tərəfdən də böyük bir maqnitizm şəraiti formalaşırdı. Çünki Heydər Əliyev gələn kimi hamı bilavasitə ona köklənirdi - istər siyasətçilər, istər digər ölkələrin yüksək səviyyəli nümayəndələri, eləcə də mətbuat işçiləri. O, tədbir yerinə gələn kimi hamı susaraq onu dinləyirdi. Heydər Əliyev auditoriyanın nəbzini tuturdu, hiss edirdi. Nitq qabiliyyəti böyük məharət tələb edən keyfiyyətdir və siyasi liderlərdə son dərəcə vacib xüsusiyyətdir. Çünki səs tembri, müraciət forması və ümumiyyətlə bütün bunlar bilavasitə şəraiti formalaşdıran amillərdir. Böyük şəxsiyyət, lider, siyasətçi həmişə çalışır ki, situasiyanı ələ alsın ki, onu dinləsinlər, dediyinin mahiyyətinə varsınlar. Bu baxımdan, hesab edirəm ki, Heydər Əliyev ilə eyni səviyyədə dura biləcək ikinci bir adam görməmişəm.

1994-cü ildə Çinə səfər zamanı Ulu Öndərin Çinin rəhbəri Tszyan Tszeminlə söhbətinə şahid oldum. Tszyan Tszemin rusca danışırdı, bu dildə təhsil almışdı. Fikir verdim ki, o, Heydər Əliyevin dediklərinə nə dərəcədə diqqətlə qulaq asır, köməkçisinə yazmasını, qeyd aparmasını deyirdi. Bunlar vacib xüsusiyyətlərdir, çünki o bacarığı Heydər Əliyev özü yaratmışdı. Yaxşı xatırlayıram, Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman auditoriyanı ələ almağı, insanlarla ünsiyyət yaratmağı, dialoq mühiti formalaşdırmağı necə gözəl bacarırdı. Hesab edirəm ki, o, öz məktəbini yaratmışdı. Mən ikinci belə bir insan görməmişəm. Siyasətçilərin əksəriyyəti bir-birini təkrarlayır. Onlar eyni modellərdən, üslublardan istifadə edirlər, eyni gedişləri tətbiq edirlər. Hesab edirəm ki, Heydər Əliyev həqiqətən də öz modelini yaratmış siyasətçi idi. Ona görə də ona həmişə böyük diqqət və rəğbətlə yanaşırdılar. Bu baxımdan Heydər Əliyev həqiqətən də unikal insan idi.

Bu böyük şəxsiyyətin qarşısındakı siyasətçinin ölkəsi, mövqeyi, yanaşması, siyasəti barədə fikirlərini necə məharətlə dərk etməsi və ona özünəməxsus tərzdə cavab verməsi həmişə diqqətimi xüsusilə cəlb edirdi. Mətbuat nümayəndələrinin tədbir və ya görüş yerindən çıxarılması barədə həmişə özü bildirirdi. Sözlərini dedikdən sonra jurnalistlərin gedə biləcəkləri barədə mənə işarə verirdi. Bəzi hallarda özüm qalırdım. Bu proseslərdə mən Heydər Əliyevin həqiqətən nadir keyfiyyətlərinin şahidi oldum. Çünki o, həm qlobal atmosferi hiss edirdi, eyni zamanda, regiondakı vəziyyəti düzgün təhlil edirdi. Tərəf müqabilləri ilə elə tərzdə dialoq qururdu ki, ilk növbədə ölkəsinin maraqları təmin olunsun, digər tərəfdən də qarşı tərəfin gözləntilərinə münasibət bildirirdi. Azərbaycan həmin dövrdə müstəqil olsa da, böyük geosiyasi çəkiyə malik olan dövlət deyildi. Həmin vaxtlar Azərbaycan Respublikasının iqtisadi vəziyyəti ürəkaçan deyildi. Dövlətin xarici siyasətinin formalaşdırılması çox vacibdir və Heydər Əliyev həmin siyasəti böyük ustalıqla, məharətlə formalaşdırırdı. Sovet dövründən çıxan bir dövlətin iqtisadi cəhətdən ayağa qalxması üçün ciddi işlər görülməli idi. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda çoxları buna inana bilmirdi. Məhz Heydər Əliyev müharibə vəziyyətində olan bir dövlətə xarici şirkətlərin rəhbərlərini və onların arxasında duran siyasi dairələri inandıra bilmişdi ki, əgər müqaviləyə imza atılıbsa, deməli, onun arxasında duracaq. Hər kəs gördü ki, bu, nə dərəcə uzaqgörən və müdrik bir addım idi. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfərdə məhz “Əsrin müqaviləsi”nin böyük rolu var. Bu müqavilənin böyük potensialı var. Heydər Əliyev böyük siyasətçi idi. O, dünya miqyasında seçilən insanlardan biri idi. Onun istənilən şəraitdə özünəməxsus və qeyri-standart yanaşma tərzi var idi. Xatırlayıram ki, biz Çin Xalq Respublikasında səfərdə olan zaman Böyük Çin Səddinə getdik. Hava çox soyuq idi. Heydər Əliyev həmin çətin, ekstremal situasiyanı yüngülləşdirmək üçün maraqlı əhvalatlar danışırdı.

- Ulu Öndərlə işlədiyiniz dövrdə hansısa gözlənilməz hadisə baş vermişdimi? Onun həmin hadisəyə münasibəti necə olmuşdu?

- Biz Heydər Əliyev ilə bir neçə dəfə müharibə bölgəsində olmuşduq. Səfərlərin birində Heydər Əliyev Füzulidə, ön xətdəki səngərdə əsgərlərlə görüşdü. Həmin səngərdə böyük döyüş məharəti göstərən əsgər və zabitlərə hədiyyələr təqdim etdi. Qarşı tərəfdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri görünürdü. Bu zaman hərbi kəşfiyyatın nümayəndələri yaxınlaşdılar və müdafiə naziri Məmmədrəfi Məmmədova Ümummilli Lider Heydər Əliyevin dərhal ərazidən getməsinin vacibliyini bildirdilər. Hərbi kəşfiyyata erməni tərəfinin Heydər Əliyevin bu bölgəyə gəlməsindən xəbərdar olması barədə məlumat daxil olmuşdu. Mən Heydər Əliyevin reaksiyasına fikir verdim. Heç təlaşlanmadan dolayı yollarla bəzi mövqelərə baxdıqdan sonra geri qayıtdıq. Daha sonra biz sərhəd kəndlərin birində yerləşən hərbi hospitala getdik. Hərbi təcili yardım maşınlarında yeni yaralanan hərbçilərin gətirildiyini gördük. Yaralı hərbçilərin arasında Heydər Əliyevin səngərdə qol saatı hədiyyə verdiyi əsgər də var idi. Biz səngəri tərk etdikdən sonra düşmənin artilleriyası həmin bölgəni atəşə tutmuşdu. Gördüyümüz əsgərlərin bir çoxu yaralanmışdı.

- Ulu Öndərin mətbuat katibi işləmək sizə nə verdi?

- Heydər Əliyevin yanında olmaqla mən siyasi təcrübə qazandım. Siyasət cazibəli sahədir. Amma cazibəli olduğu qədər də çox çətin və dərindir. Çox təhlükəli döngələri, anlaşılmaz məqamları var. Həmin döngələr və məqamlarla bağlı bir növ təcrübə əldə etmək son dərəcə vacib məsələdir. Ona görə, hesab edirəm ki, mənim ən böyük qazanclarımdan biri Heydər Əliyev kimi nəhəng siyasətçi ilə birlikdə işləməklə çox böyük siyasi təcrübə əldə etməyimdir.

Əslində biliklər olduğu halda siyasi təcrübə özü də yeni potensial formalaşdırır. Sən özünü əmin hiss edirsən, inandırıcı görünürsən, politoloji aləmə yaxınlaşırsan, onun açarlarını tapa bilirsən. Bu baxımdan, hesab edirəm ki, Heydər Əliyevlə işləmək o təcrübəni mənə qazandırdı. Onları mənimsəməyə mənim də böyük həvəsim var idi. Mən sanki canlı bir emalatxanada böyük bir təcrübə, staj keçmişəm. Hesab edirəm ki, bu, mənim çox böyük qazancımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb