Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tomas de Vaalın “həmişəlik” anlayışı çox tezliklə “heç vaxt”a çevrilə bilər

Tomas de Vaalın “həmişəlik” anlayışı çox tezliklə “heç vaxt”a çevrilə bilər

Berlin, 26 fevral, AZƏRTAC

Britaniyalı tədqiqatçı Tomas de Vaal “Azadlıq” radiosuna müsahibəsində belə bir fikir söyləyib ki, “Dağlıq Qarabağ həmişəlik ermənilərin nəzarəti altında qalacaq”, Bakı isə çətin ki, “risk etsin və insanların kütləvi tələfatına və dağıntıya gətirib çıxara biləcək bir təhlükəli münaqişəyə" başlasın.

Gəlin birlikdə onun bu bəyanatını arxivdə saxlayaq və “həmişəlik”lə bağlı onun öz sözlərini Azərbaycan Ordusunun Qarabağı alacağı və Azərbaycan bayrağını Xankəndi, Şuşa və Laçında dalğalandıracağı gözəl bir gündə onun yadına salaq, necə ki, bu günlərdə Türkiyə ordusu Afrində uğurlar qazanır.

Özü də fikir verin: Afrin, necə yanaşılsa da, Türkiyənin xaricindədir, Qarabağ isə Azərbaycan ərazisinin beynəlxalq səviyyədə tanındığı bir hissəsidir və onun ətrafında, ümumiyyətlə, heç bir söhbət ola bilməz. Əgər Türkiyənin Əsəd hökuməti (!) qüvvələri dəstəsini öz ərazisində elə öz şəhərinə doğru formal hərəkət edən zaman bombalamaq hüququ müttəfiqləri tərəfindən tanınırsa (hərçənd xüsusi şövq olmadan), hansı ağılsız siyasətçi Bakını onun suveren ərazisinə soxulmuş xarici (!) hərbçilərdən bombalamaq hüququndan məhrum edə bilər? Mənə bircə siyasətçi göstərin ki, Azərbaycanın qanuni hüququnu şübhə altına almaqla öz reputasiyasına zərbə vurmağa cəsarət etsin!

Hələlik isə biz bu həddən artıq təriflənmiş "ekspertə" çox maraqlı bir məsələni xatırladaq: əgər 1921-ci ildə ermənilər Qarabağın rəsmən (yəni yekun və de-yure!!!) itkisi ilə barışmayıb və sonrakı bütün onillikləri Qarabağın Azərbaycanın tərkibində olması ilə bağlı "həmişəlik" anlayışını büsbütün istisna ediblərsə, Azərbaycan bu gün hansısa yad ingilisin sözlərinə nə üçün inanmalı və Qarabağ üzərində Ermənistanın de-fakto (hətta de-yure deyil) nəzarətində "həmişəlik" ifadəsi ilə barışmalı və bu müvəqqəti itkini yekun kimi qəbul etməlidir? Əgər "həmişəlik" anlayışını qəbul etməkdən imtina halı bir dəfə (ermənilər tərəfindən) baş veribsə, həmin imtina təkrarən, bu dəfə isə Azərbaycan tərəfindən niyə baş verməsin?

Mən "bu və ya digər münaqişənin hərb yolu həlli yoxdur" ifadəsini heç vaxt başa düşməmişəm. Dostlar, sizi aldatmaq üçün heç kimə imkan verməyin! Elə bir münaqişə yoxdur ki, onu hərb yolu ilə həlli mümkün olmasın. Əksinə, elə münaqişələr (yeri gəlmişkən, bunlardan biri Qarabağ münaqişəsidir) var ki, onların sülh yolu ilə həlli mümkün deyil. Bu cür münaqişələrin yeganə həlli yolu hərbdir. Yaxud elə münaqişələr olur ki, onların, apriori, sülh yolu ilə həlli mümkün deyil, revanş götürmək istəyən tərəfin isə müharibəyə gücü kifayət etmir. Qüvvələr nisbəti dəyişməyənədək bu cür münaqişələr dondurulmuş hesab edilir. İndi biz vaxtilə dondurulmuş Qarabağ münaqişəsində buzun əriməsini tədricən müşahidə edirik və münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyü tezisi göz önündə əriyir.

Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin mümkünsüzlüyündən o halda danışmaq olardı ki, Ermənistan Azərbaycanın qapısını kəsdirər və Qarabağı ondan geri götürmək üçün yalvarardı. Bax, o zaman müharibəyə başlamaq mənasız olardı. Lakin Ermənistan və hətta Tomas de Vaalın özü də Qarabağın sülh yolu ilə Azərbaycana qaytarılmasını istisna edirsə, onda təkcə müharibə variantı qalır. Məsələ yalnız darmadağın etməyə yetərli olan hərbi qüvvənin kritik kütləsinə nail olmaqdadır. Əgər Qarabağı bir dəfə güc yolu ilə istila etmək mümkün olubsa, niyə görə onu elə təkrarən həmin güc yolu ilə də azad etmək mümkün olmasın?

Siz bizi aldada bilməzsiniz, cənab Kazimirov, de Vaal və başqaları. Güc ilə hər şey etmək mümkündür. Siz bunu hərbçilərə desəniz, onlar sizi lağa qoyar! Hətta Krımı digər dövlətdən "referendum" bəhanəsilə qoparmaq olar, Kosovanı da ayırmaq olar, Kürd muxtariyyəti də yaratmaq olar. Türklər 1878-ci ildə bağlanmış sülh sazişinə baxmayaraq, Ərdahan və Qarsın itkisi ilə 40 il barışmadılar. Nə üçün Ermənistanla müqaviləni imzalamayan Azərbaycan indi birdən Qarabağı almağı De-Vaalın “həmişəlik” sözünə görə yaddan çıxarmalıdır?

1915-1918-ci illərdə daşnak dəstələri rus ordusunun arxasında Şərqi Anadolu boyunca türk kəndlərini ayırıb, orada “Ermənistan” elan edəndə, Vanı, Ərzurumu, Bitlisi və digər yerləri tamamilə ermənilərin nəzarəti altında hesab edən ingilis jurnalistlərinə, ola bilsin ki, o zaman da rast gəlinib. Onlar nəzərdən qaçıra bilməzdilər ki, bu "həmişəlik" çox tezliklə "heç vaxta" çevriləcək. Beləliklə, bizə də məsləhət görmək qalır ki, de Vaal erməni həyasızlığına münasibətdə türklərin qətiyyətini lazımınca qiymətləndirməyən ermənipərəst sələflərini xatırlasın.

Təbii ki, de Vaal, Kazimirov kimiləri Azərbaycan cəmiyyətini Qarabağı unutmaq üçün onu əsgər məzarları ilə qorxutmağa çalışırlar. Qulaq asın, məgər türklər Afrinə girəndə itki verəcəklərini bilmirdilər? Məgər bu onları yolundan saxladı, yaxud qətiyyətlərini azaltdı? Uzağa getmək lazım deyil, elə Rusiyanı xatırlayaq: Əfqanıstana, Donbasa, Suriyaya, hətta öz Çeçenistanına daxil olanda Moskva “iki yüzlük” axını istisna etmişdimi? Bəyəm de Vaalın vətəni öz hərbi qulluqçularını İraqa, Əfqanıstana, Folklendə, Geliboluya göndərəndə dul qadınların, anaların və yetimlərin göz yaşı axıdacağını bilmirdi? Özü də söhbət yad ölkədən gedir, halbuki Qarabağ Azərbaycanın əzəli torpağıdır, başqa söhbət ola da bilməz. Buna görə də, cənab Kazimirov və de Vaal, bəlkə siz Azərbaycan xalqı üçün VƏTƏN sayılan məsələyə burnunuzu soxmaqdansa, öz problemləriniz və gözə kül üfürməyinizlə məşğul olasınız? Əgər siz Qarabağı ermənilər üçün onların qoruyub saxlamaq "hüququ" olduğu vətən hesab edirsinizsə, Zəngəzur, Dərələyəz, Vedibasar və Göyçədə əsrlərboyu yaşamış azərbaycanlılara niyə həmin münasibəti bəsləmir, onları öz kiçik vətənini müdafiə etmək hüququndan məhrum edir, Qarabağ ermənilərinə aid etdiyiniz hüququ onlarla bölüşmürsünüz?

Bir daha deyirəm: bizim başımızı qatmayın! Qarabağ münaqişəsinin hərb yolu ilə həlli nəinki var, elə bu gün də yeganə mümkün yol olaraq qalır. Yeri gəlmişkən ən ağlabatan və qaçılmaz yoldur.

Sizin “həmişəlik” sözünüzü isə biz bir xoşbəxt gündə arxivimizdən çıxarıb yadınıza salacağıq. Necə deyərlər, borclu borclunun sağlığını istər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb