Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Sizin Azərbaycanın iqtisadi və sosial tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması və əməkdaşlığının genişləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirir.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikası bu gün həyatın bütün sahələrində danılmaz nailiyyətlər qazanıb. Yola salmaqda olduğumuz ilin əhəmiyyətli və tarixi hadisələri Sizin çoxşaxəli fəaliyyətinizi və görkəmli dövlət xadimi kimi rolunuzu bir daha nümayiş etdirdi, dərin hörmət və ehtirama layiq olduğunuzu göstərdi.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan firavan gələcəyə doğru mütərəqqi addımlarla irəliləyəcəkdir.

Fürsətdən istifadə edərək ölkənizin “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi kimi səmimi və xoş arzularımı çatdırıram.

Hörmətlə,

 

Asset Assavbayev

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin