RƏSMİ SƏNƏDLƏR
TUNİS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ZEYNULABİDİN BEN ƏLİYƏ
Hörmətli cənab Prezident,
Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Tunis xalqını təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2002-ci il