MƏDƏNİYYƏT
“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının tam hüquqlu üzvü olub
Bakı, 9 oktyabr, AZƏRTAC
“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tam üzvləri siyahısına əlavə olunub.
AZTA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın rəhbəri Nahid Bağırov “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyasıya təbriklərini çatdıraraq xüsusi üzvlük sertifikatını təqdim edib. “Sizi sıralarımızda görməyə çox şadıq və əminəm ki, “Türk Hava Yolları” ölkəmizdə turizm sektorunun inkişafına öz töhfəsini verəcək. Bu fəaliyyətin AZTA ilə əməkdaşlıq formatında həyata keçirilməsi bizim üçün çox sevindiricidir”, - deyə N.Bağırov qeyd edib.
Seyfullah İlyas isə şirkətin AZTA-nın üzvlüyünə daxil olmasından məmnunluğunu ifadə edərək bildirib ki, ölkənin turizm sənayesinin inkişafında bundan sonra da aktiv iştirak edəcək.
Qeyd edək ki, “Türk Hava Yolları” AZTA-nın üzvlüyünə daxil olmuş ikinci aviaşirkətdir. Bundan əvvəl “Azərbaycan Hava Yollar” aviaşirkəti AZTA-nın üzvlüyünə qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]