SİYASƏT
TÜRKDİLLİ ÖLKƏLƏRİN SİYASƏTİNƏ DƏSTƏK FONDU BİŞKEKDƏ HƏLAK OLANLARIN XATİRƏSİNƏ HÜZN MƏRASİMİ KEÇİRMİŞDİR
Bişkek 12 aprel (AZƏRTAC). Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu aprelin 6-8-də baş vermiş hadisələr zamanı həlak olanların xatirəsi ilə əlaqədar paytaxtın mərkəzi məscidində hüzn mərasimi keçirmişdir.
Mərasimdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Bişkekdə yaşayan diasporumuzun üzvləri, türk və qırğız xalqlarının nümayəndələri, Qırğızıstanın ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri iştirak etmişlər.
Anma mərasimində həlak olanların ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, qardaş qırğız xalqının kədəri bizim də hüznümüzdür. Biz çox təəssüf edirik ki, Bişkekdə belə faciəli hadisə baş vermişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek