Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla Azərbaycanın bütün ərazisində fevralın 7-də əmin-amanlıq şəraitində keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.

Zati-alinizin və cənab Prezidentimizin rəhbərliyi ilə ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən bənzərsiz dostluq və qardaşlıq münasibətləri regionumuzda sülhün və sabitliyin ən böyük təminatıdır.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik arzularımı çatdırır, dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Fuat Oktay

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin