DÜNYA
Türkiyə hökuməti qanunsuz miqrantların ölkə ərazisindən keçərək Avropaya getmələrinə icazə verib
İstanbul, 28 fevral, AZƏRTAC
Türkiyə hökuməti Suriyada Silahlı Qüvvələrə qarşı törədilmiş hücumdan sonra miqrantların ölkə ərazisindən keçərək Avropa İttifaqına üzv dövlətlərə keçmələrinə icazə verib.
AZƏRTAC xəbər verir ki, artıq bununla bağlı ölkənin aidiyyəti qurumlarına, o cümlədən Sahil və Sərhəd Mühafizə xidmətlərinə, polis qurumlarına təlimat verilib.
Bu açıqlamadan sonra İstanbul başda olmaqla Türkiyənin müxtəlif bölgələrində olan qanunsuz miqrantlar Yunanıstana və Bolqarıstana keçmək üçün sərhədə doğru hərəkət edirlər. Hazırda “Pazarkule” (Yunanıstana) və “Kapıkule” (Bolqarıstan) sərhəd keçid məntəqələrində və Çanaqqalanın Ayvacık rayonunun sahillərində yüzlərlə miqrantın toplaşdığı bildirilir.
Miqrantların arasında suriyalılarla yanaşı, İran, İraq, Mərakeş və Pakistan vətəndaşları da var.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [14:46]
Polşa Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar yönəldəcək
- 27.05.2024 [14:25]
Efiopiyanın yollarında yalnız elektromobillər şütüyəcək
- 27.05.2024 [14:11]
Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi ləğv edilir
- 27.05.2024 [14:09]
Macarıstan “kiçik və orta müəssisə” anlayışına qarşıdır
- 27.05.2024 [14:01]
İlon Maskın AI startapı 6 milyard dollar vəsait cəlb edib
- 27.05.2024 [12:37]